
Erməni tərəfinə dövlət ixrac kreditinin verilməsi haqqında Ermənistan-Rusiya hökumətlərarası sazişi çərçivəsində alınmış hərbi texnika erməni-Azərbaycan sərhədlərində silahlanmanı yaxşılaşdırmağa imkan verəcək.
Oxu.az “Novosti-Armeniya”-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində iyulun 2-də erməni müdafiə nazirinin müavini Ara Nazaryan “Daşnaksütyun” parlament fraksiyasının deputatı Artsvik Minasyanın alınan hərbi texnikanın erməni-Azərbaycan sərhədində müdafiəni gücləndirməyə imkan verib-verməyəcəyi barədə sualı cavablandırarkən bildirib.
Xatırladaq ki, Rusiya Ermənistana öz istehsalı olan hərbi məhsulların tədarükünün maliyyələşdirilməsi üçün 200 mln. dollar məbləğində dövlət ixrac krediti ayırıb.



