Londondakı Araşdırmalar İnstitutu qeyd edir ki, hərbi texnika və canlı qüvvə baxımından Azərbaycan Ermənistandan xeyli üstündür.
Elchi.az-ın “AzadlıqRadiosu”na istinadən məlumatına görə, Bonn Beynəlxalq Konversiya Mərkəzinin qənaətinə görə Ermənistan əhalisinin sayı və ümumi daxili məhsulunun miqdarı ilə müqayisədə Avropanın ən çox silahlanmış ölkəsidir. Azərbaycan həmin göstəricilərinə görə siyahıda 10-cu sırada qərarlaşır.
Mərkəz hazırladığı “Qlobal Silahlanma İndeksi 2014” adlı hesabatında Mərkəz qeyd edir ki, 152 ölkəni əhatə edən bu indeks dövlətlərin 2013-cü il ərzində silah alınmasına yönəltdiyi xərclər əsasında tərtib edilib.
Dekabrın 10-da yayılmış hesabatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinə görə üz-üzə dayanmış Ermənistan 2013-cü ildə silah almağa 427 milyon dollar (ÜDM-in 4%-i), Azərbaycan isə 3.4 milyard dollar (ÜDM-in 4.7%-i) xərcləyib.
Bundan başqa, Ermənistanda əhalinin hər 1 000 nəfərindən 17.9 nəfəri əsgər, ya da yarımhərbi birləşmələrdə qulluq edən hərbçilərdir. Azərbaycanda isə bu göstərici hər bir nəfərə 8.9 nəfərdir.



