Rusiya sülhməramlıları Azərbaycan ordusu ilə birgə Qarabağ ərazisində olan qeyri qanuni silahlı qüvvələrin tərki silah olunması ilə bağlı əməliyyat keçirilsə, bu Rusiyanın da maraqlarına uyğun gəlir”-bu sözləri Elchi.az saytına müsahibəsində politolog Cümşüd Nuriyev deyib.
O həmçinin indiki şəraitdə Rusiyanın Azərbaycanla olan münasibətlərin korlanmaması üçün bunun ən real variant olduğunu da vurğulayıb.
“Ermənistanı Paşinyan yox, qərb idarə edir. Rusiyanın hazırda Ermənistana dəstək göstərmək imkanları da məhduddur. Çünki Rusiya qoşunlarını oradan çıxarıla bilər. Rusiyanın orada hərbi bazası var, eyni zamanda Rusiya-İran sərhədini Rusiya sərhədçiləri qoruyur. Yəni Ermənistan Rusiyanın indiki vəziyyətindən bir növ yararlanmağa çalışır. Mən inanmıram ki, Rusiya bunu bağışlaya. Hadisələrin gedişi ümumiyyətlə Ermənistanın xeyrinə deyil, əksinə Azərbaycanın maraqlarına uyğundur. Uzun müddət həyata keçirmək istədiyi xəyanətkar siyasətini indi Ermənilər özləri icra edirlər. Avropanın Qafqaza girməsi məsləsi o qədər real görünmür”.
Havar Şəfiyeva





