“Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ probleminin və Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə həlli siyasətinə sadiqliyimizi və iştirakımızı davam etdiririk”.
Elchi.az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, aprelin 13-də hökumətin iclasında deyib.
“Biz həmçinin əvvəllər qeyd etdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələrinin yenidən açılmasına, Praqa və Soçi razılaşmaları əsasında sərhədlərin delimitasiyasına hazırıq”, – deyə baş nazir vurğulayıb.
Yeganə





