"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistan siyasətçiləri və ekspertlər Levon Ter-Petrosyanın təkliflərinə sərt təpki göstərdilər

20 Dekabr 2016 - 13:12
in XƏBƏR LENTİ
Ermənistan siyasətçiləri və ekspertlər Levon Ter-Petrosyanın təkliflərinə sərt təpki göstərdilər

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan lideri olduğu Ermənistan Milli Konqresinin qurultayında Qarabağ münaqişəsinin mərhələli həllinə alternativ görmədiyini bəyan edib. O, Azərbaycan prezidenti İlham Əliyevin rasional və sülhün bərqərar olması üçün ölçülü addımlar atmağa qadir lider olduğunu bildirib.
Ter-Petrosyan Ermənistanın təhlükəsizliyini, iqtisadi inkişafını və demoqrafik vəziyyətinin yaxşılaşdırılmasını Türkiyə-Ermənistan münasibətlərinin düzəlməsində gördüyünü söyləyib.
Levon Ter-Petrosyanın fikrincə, Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan münasibətləri avtomatik olaraq düzələ bilər.
Bundan başqa, Ter-Petrosyan münaqişənin həlli açarının Rusiyanın əlində olduğunu da sözlərinə əlavə edib.
Ermənistan siyasətçiləri və ekspertləri isə Petrosyanın bu sözləri daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə ünvanlandığını düşünürlər.
Siyasi analitik Akop Badalyanın fikrincə, son 20 il ərzində Qarabağ münaqişəsinin mərhələli həllinə ən çox Azərbaycan qarşı çıxıb:
“Problemə sırf nəzəri bucaqdan baxsaq, başqa variantın olmadığını görə bilərik. Lakin son 20 ilin praktikası göstərir ki, bu heç variant da deyil və bunun sonu dalana dirənmək və ya müharibədir. Azərbaycan 20 ildir ki, hər hansı mərhələli kompromissə getməyəcəyini açıq şəkildə nümayiş etdirib”.
Картинки по запросу акоп бадалян
Akop Badalyan
Analitik Ter-Petrosyanın münaqişənin həlli açarının Rusiyanın əlində olması fikri ilə də razılaşmır. 
“Hesab edirəm ki, Rusiyanın əlində problemin həlli üçün açar yoxdur. Daha doğrusu, Rusiyanın bu məsələni həll edə bilmədiyi son 2-3 ildə açıq şəkildə ortaya çıxıb. Rusiyanın əlində olsa şantajın açarı ola bilər, bu isə açıq faktdır. Bu şantajdan yayınmaq üçün isə erməni tərəfi münaqişənin həlli ilə bağlı strategiya və yanaşma tərzini dəyişməlidir”, -Badalyan qeyd edib.
Digər politoloq Stepan Səfəryan da Rusiya məsələsində Badalyanla eyni mövqedədir. Ekspertin sözlərinə görə, Moskvanın planı Ermənistan- Azərbaycan xəttində Rusiya sülhməramlılarının yerləşdirilməsindən ibarətdir. Səfəryan bu plana həm ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin, həm də Ermənistan prezidenti Serj Sərkisyanın da çıxdığını vurğulayıb.
Картинки по запросу степан сафарян
Stepan Səfəryan
Ermənistanın hakim Respublika partiyasından olan, Ermənistan Milli Asambleyasının beynəlxalq münasibətlər üzrə daimi komissiyasının sədri Artak Zakaryan Levon Ter-Petrosyanın söylədiklərini şərh edərkən bildirib ki, hazırkı dövrdə hər hansı ərazi güzəştindən söhbət açmaq yersiz görünür.
Zakaryan kompromisin problemin həlli naminə əldə olunması üçün vacib olduğunu söyləsə də bununla bağlı əsas günahı Azərbaycan tərəfində gördüyünü söyləyir: “Azərbaycanın problemin həllindən ötrü hər hansı işarə belə verməyə həvəs göstərmir (ermənilər problemin həlli dedikdə Azərbaycanın Qarabağı güzəştə etməsini nəzərdə tuturlar-red.).
“Əksinə, İlham Əliyev nəinki Qarabağdan, hətta Zəngəzurdan və İrəvandan danışır”, – erməni siyasətçi qeyd edib.
“Azərbaycanın hərbi yola, güc tətbiqinə üstünlük verməsi bizə güzəştə etməyə mənəvi əsas vermir”, – Zakaryan bildirib.
Hakim partiyanın nümayəndəsinin fikrincə, Azərbaycan vaxtilə problemin həlli ilə bağlı Kazanda əldə olunan razılaşmaları pozduğu (?) üçün hazırkı dövrdə torpaqların qaytarılması belə təhlükəsizliyə təminat vermir.
“Aprel hadisələrindən sonra torpaqların qaytarılmasından söhbət gedə bilməz. Bu gün üçün tərəfimizdən kompromislərə və ya güzəşt paketlərini müzakirə edəcək aktiv danışıqlar prosesi mövcud deyil…”, -Zakaryan mətbuatın sualına cavab olaraq bildirib.
Zakaryan Ter-Petrosyanın İlham Əliyevi rasional lider olması barədə sözlərinə də etiraz edib:
 “İlham Əliyevin söylədikləri erməni cəmiyyəti tərəfindən problemin dinc vasitələrlə həlli yollunda fəaliyyət olaraq qiymətləndirilə bilməz”.
Ermənistanın “müxalifətdə” olan “İnkişaf edən Ermənistan” partiyasının rəhbəri Naira Zohrabyan da Ter-Petrosyanın İlham Əliyev haqqında söylədikləri ilə razılaşmayıb.
Zohrabyan Ter-Petrosyanın ölkədəki ağır sosial vəziyyətin Qarabağ məsələsi ilə bağlı olduğu fikirləri də doğru hesab etməyib:
Картинки по запросу naira zohrabyan
Naira Zohrabyan
“Ölkədəki ağır iqtisadi situasiyanın günahkarı korrupsiya, oğurluq və talandır. Qarabağ məsələsinin həlli ilə iqtisadiyyatımızın düzələcəyi barədə boşboğazlıq edib, demaqogiya ilə məşğul olmaq lazım deyil. Oğrular məsuliyyətə cəlb edilməyənə qədər heç bir problem həll olunmayacaq”, – Naira  Zohrabyan qeyd edib”.
LevonTer-Petrosyan tərəfindən Qarabağ münaqişəsinin həlli üçün  irəli sürdüyü “bir hissəni qaytar, digərini özündə saxla” prinsipinə gəlincə isə Zohrabyan bunları deyib:
“Birinci prezident onu 1997-ci ildə istefaya götürən sözləri söyləyib.
Hər halda parlament seçkilərinə bir neçə ay qalmış siyasi partiya liderindən bu cür cümlələrin işlədilməsi böyük cəsarətdir. Bu gün az siyasətçi tapılar ki, cəmiyyətin 99 faizinin razı olmadığı sözləri açıqca dilə gətirə bilsin. Seçkiyə az qalmış bu mesajların verilməsi Ermənistan Milli Konqresini də təhlükə altına qoyur”, Zohrabyan fikrini söyləyib.
Naira Zohrabyan “bir qarış da torpaq verməmək” prinsipinin və yalançı vətənpərvərliyin əleyhinə olduğunu söyləyib. Lakin  bununla bərabər o, ərazi güzəştlərinə də qarşı olduğunu bildirib(?).
“Əlbəttə ki, biz torpaqların qaytarılmasına hazır deyilik. “İnkişaf edən Ermənistan partiyası ərazilərin geri qaytarılmasına qəti surətdə qarşıdır, çünki həmin torpaqlar bizim təhlükəsizliyimizin təminatıdır. Bizim üçün ərazilərin qaytarılması kompromis deyil”, -Zohrabyan bəyan edib.
“Azadlıq” radiosunun Ermənistan bürosunun jurnalistinin “bəs komrpmis dedikdə nıyi nəzərdə tutursunuz” sualına isə Zohrabyan belə cavab verib:
“Mən heç nə deyə bilmərəm. Situasiya ilə tanış ola bilsəm, nəsə söyləmək olar”.
Naira Zohrabyan ölkə hakimiyyətinin Qarabağ məsələsi ilə bağlı siyasi güclərlə açıq şəkildə danışmasınn vaxtının gəlib çatdığını söyləyib.
Onun sözlərinə görə, parlamentin əsas güclərinin danışıqlar prosesindən xəbərləri olmasa da, beynəlxalq mənbələrdən anlaşılan budur ki, Qarabağ məsələsində dairə artıq tam daralıb.
“Hakimiyyət Qarabağla bağlı dəstək əldə etmək istəyirsə hər kəslə açıq və səmimi söhbət aparmalıdır”, – erməni siyasətçi hesab edib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dollar 1.76-ya yaxınlaşdı – Hərrac

Next Post

Dərmanlar niyə bahalaşıb? – Rəsmi açıqlama

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Dərmanlar niyə bahalaşıb? - Rəsmi açıqlama

`Ərdoğana təşəkkür edirik` - Sergey Lavrov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.