Ermənistan zəlzələnin nəticələrinin aradan qaldırılması səylərinə kömək etmək üçün Türkiyəyə xilasedicilər göndərməyə hazırlaşır.
Elchi.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətindən News.am-ın sorğusuna cavab olaraq bildirilib.
“Baş nazirin Tvitter hesabında yazdığı kimi, Ermənistan Türkiyə və Suriyaya müvafiq yardım göstərməyə hazırdır. Söhbət həm də xilasedicilərin göndərilməsindən gedir. Bu istiqamətdə təşkilati işlər aparılır”.
Yeganə






