“Ermənistan KİV-ləri tərəfindən yayılan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində guya diversiya törətməsi, nəticədə itki verməsi barədəki informasiyalar yalan və uydurmadır”.
Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.
“Bu, ermənilərin növbəti yalanı və təxribatıdır. Azərbaycan ordusu heç bir itki verməyib. Azərbaycan ordusu vəziyyətə tam nəzaərət edir” – deyə polkovnik V.Dərgahlı bildirib.
* * *22:41
Ermənistanın Müdafiə Nazirliyi bu dəqiqələrdə cəbhə bölgəsində güclü atışmanın baş verməsi barədə məlumat yayıb.
Virtualaz.org saytı Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərə istinadən bildirir ki, atışma saat 17:30-da Bağanıs kəndi yaxınlığında baş verib.
Erməni tərəfi bir erməni hərbçisinin öldürüldüyünü təsdiq edir. Eyni zamanda bildirilir ki, atışmada guya bir Azərbaycan hərbçisi də həlak olub.
Virtualaz.org saytı hazırda bu informasiyanın dəqiqləşdirilməsi ilə məşğuldur. Xatırladaq ki, erməni KİV-ləri cəbhə xəttində güclü atışmaların olması barədə bir neçə gün əvvəl də məlumat yaymış və bir erməni hərbçinin öldürülüməsini bəyan etmişdi. Amma Azərbaycan tərəfi bu məlumatı təsdiqləməmişdi.



