Ermənistana məxsus 500-ə yaxın yük maşını Rusiya-Gürcüstan sərhədində – Yuxarı Lars keçid məntəqəsində qalıb.
Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın keçid məntəqəsindəki attaşesi Aram Tananyan deyib.
O bildirib ki, sərhəddə ümumilikdə 1500-2000 maşın qalıb və hər gün 500 maşın artmaqdadır. Tananyanın sözlərinə görə, hər dörd maşından biri Ermənistana məxsusdur.
Qeyd edək ki, ötən gün Gürcüstan Hərbi yolu güclü qar uçqunu təhlükəsi səbəbindən bütün nəqliyyat vasitələri üçün bağlanıb.





