"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistana qarşı bal və sirkə siyasəti

29 Avqust 2022 - 20:28
in XƏBƏR LENTİ

“ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutu(Filadelfiya) Avrasiya Proqramının baş elmi işçisi Stephen Blank Ermənistana maliyyə sanksiyaları tətbiq edilə biləcəyi haqda “Bal, sirkə ve Rusiyanı zəiflətməyin başqa bir yolu” adlı yazı qələmə alıb. Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) və Sənaye və Təhlükəsizlik Bürosu Ermənistanı sanksiya qoyulmuş malların Rusiya və Belarusa keçə biləcəyi ölkələr siyahısına daxil edib. Sanksiya tətbiq olunan mallara hərbi məqsədlər üçün istifadə ediləcək avadanlıqlar: təyyarə hissələri, sonar(hidrolaokator) sistemləri, antenlər, GPS sistemləri, neft-mədən avadanlıqları və s. daxildir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Elchi.az xəbər verir ki, bu barədə Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri Cəmaləddin Quliyev Feysbuk hesabında məlumat verib:

“May ayında Ermənistanda Rusiyadan pul daxilolmaların izlənməsinin bütün tarixində mütləq rekord qeydə alınıb – 266 milyon dollar. Bu, mart ayında qeydə alınmış 115 milyon dollardan iki dəfə çoxdur. Xaricdən pul köçürmələri ilə yanaşı, Ermənistandan da xaricə pul göndərilir. 2022-ci ilin yanvar-may aylarında Ermənistandan fiziki şəxslərin banklar vasitəsilə xaricə pul köçürmələri təxminən 660 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 41% çoxdur. O cümlədən, Rusiyaya 19% artımla 182 milyon dollar göndərilib. 2022-ci ilin may ayında fiziki şəxslər xaricdən Ermənistana banklar vasitəsilə 412 milyon dollar göndərib. Ermənistan Mərkəzi Bankının açıqladığı məlumatlara görə, bu da Ermənistan üçün rekord göstəricidir. 2022-ci ilin mart ayının sonuna bank sistemi vasitəsilə xaricdən respublikaya pul köçürmələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə təxminən 155 milyon dollar və ya 38,2% artaraq 561 milyon dollara çatıb.
“Həm də bu rəqəmlər Rusiya ilə Ermənistan arasında pulların tam hərəkətini əks etdirmir. Ermənistanın kiçik ölçüsünü nəzərə alsaq, biz yalnız Rusiya ilə daha böyük ölkələr arasında baş tutan pul köçürmələrinin həcmini təsəvvür edə bilərik” deyə müəllif yazır.
Onun fikrincə, Bayden Administrasiyası və onun avropalı müttəfiqləri Ermənistana təzyiq göstərməlidirlər ki, sanksiyaların qurbanı olmasın deyə bu əməlləri dayandırsın. Lakin eyni zamanda, onlar İrəvana (və digər maraqlı auditoriyalara) Ermənistanın demokratikləşməsinin dəstəklənməsində daha böyük rol oynamağa hazır olduqlarını və Azərbaycanla sülhün möhkəmləndirilməsinə və Ermənistan-Türkiyə münasibətlərindəki çıxılmaz vəziyyətə son qoymağa kömək etməyə hazır olduqlarını bildirməlidirlər. Müəllifə görə, Qarabağda davam edən çəkişmələrdən yalnız Rusiya faydalanır .
Ekspertə görə, indi ABŞ-ın Ermənistana münasibətdə həm baldan, həm də sirkədən həm öz, həm də Ukrayna maraqlarını eyni vaxtda həyata keçirmək üçün istifadə etmək imkanı və stimulu var. Rusiyanın döyüş maşınına gizli dəstək verməyə şirniklənən və ya məcbur qalan hökumətlər üçün həm riskləri, həm də qazanclarını nümayiş etdirmək üçün Ermənistanın nümunəsi gec deyil, tez bir zamanda istifadə edilməlidir. “Moskvanı “müttəfiqlərindən” və dəstəkçilərindən məhrum etməklə biz bu müharibəni daha tez bitirə, öz mənafelərimizi və ümumi maraqları müdafiə edə və digər münaqişə zonalarında sülhün bərqərar olmasına kömək edə bilərik. Bunu etmək vaxtıdır və biz unutmamalıyıq ki, nadir hallarda dövlətlər doğru davranmaq üçün ikinci şans əldə edirlər.”
Yazıda gətirlmiş faktlar, rəqəmlər, bunlarla bağlı narahatlıqlar başa düşüləndir. Amma bu narahatlıqları aradan qaldırmaq üçün təklif edilən metod ( sirkədən əvvəl bal təklif etmək, yəni Ermənistanı Qarabağ münaqişəsi ilə bağlı və Türkiyə ilə əlaqələrdə qane edəcək variantla şirnikləndirmək, sanksiya tətbiq etməmək) anlaşılan deyil. Sanksiyaları sadəcə poza bilmə ehtimalına görə Türkiyəyə “sirkə” (sanksiya) xəbərdarlığı edilirsə, qeydə alınmış faktlara görə Ermənistana niyə şirnikləndirici şərtlər və ya ekspertin təbirincə desək, “bal” təklif edilməlidir?”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Həbsdəki jurnalistin vəkilindən AÇIQLAMA: “Zaur Mirzə-zadə günahsızdır” – VİDEO

Next Post

AB bunun üçün 300 milyard xərcləyəcək

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
AB bunun üçün 300 milyard xərcləyəcək

AB bunun üçün 300 milyard xərcləyəcək

MOSSAD direktorunun Vaşinqtona verəcəyi qovluqda nələr gizlənir? – ŞƏRH

MOSSAD direktorunun Vaşinqtona verəcəyi qovluqda nələr gizlənir? – ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.