Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 4 388 yoluxma halı qeydə alınıb.
Elchi.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 379 266 nəfərə çatıb.
Son sutka ərzində infeksiyadan 5 ölüm halı qeydə alınıb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 8065 nəfərə yüksəlib.






