Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 128 yeni yoluxma qeydə alınıb.
“Sputnik Armenia”nın verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 421 842-yə çatıb.
Son sutka ərzində infeksiyadan 5 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək COVID-19-dan ölənlərin ümumi sayı 8 568 nəfərə yüksəlib.





