
Ermənistanda intiharların və intihara cəhdlərin sayı artıb.
Musavat.com erməni qaynağına istinadən xəbər verir ki, bu barədə Milli Statistika Xidmətinin Əhalini siyahıya alma və demoqrafiya şöbəsinin müdiri Karina Kyümcyan bildirib.
Onun sözlərinə görə, intiharların və intihara cəhdlərin bir hissəsi işsizlərin payına düşür.
Rəsmi statistikada bildirilir ki, 2015-cilin 1-ci yarısında 397 suisid və özünə qəsdə cəhd faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə 74 hal çoxdur. 297 haldan 285-i intihara cəhd olub, 112 halda isə bu cəhdlər ölümlə nəticələnib. İntihara cəhd edənlərin 51-i qadın, 246-ı kişidir.
Həyatı ilə haqq-hesab çəkənlərin əksəriyyəti özünü asanlardır. Bundan başqa, özünü yüksəklikdən atanlar, kəsici və odlu silahlardan istifadə edənlər də az deyil.



