Ermənistanda son sutkada COVID-19-a 3956 yoluxma qeydə alınıb
Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 3956 yoluxma qeydə alınıb.
Elchi.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 374 878-ə çatıb.
Son sutka ərzində infeksiyadan 4 ölüm halı qeydə alınıb ki, bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 8 060 nəfərə yüksəlib.






