Ermənistanda KTMT sülhməramlı qoşunlarının “Sarsılmaz qardaşlıq-2023” adlı birgə təlimi keçiriləcək.
Elchi.az-ın “Armenpress”ə istinadən məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin saytı məlumat yayıb.
“Rusiya Federasiyasının hüdudlarından kənarda Ermənistan ərazisində KTMT sülhməramlı qoşunlarının “Sarsılmaz qardaşlıq-2023” birgə təlimi keçiriləcək”, – press-relizdə deyilir.
İdarədən həmçinin bildirilib ki, Rusiya Federasiyasının hərbi dairələrinin hərbi təlim mərkəzlərində 8 ikitərəfli təlimlərin keçirilməsi planlaşdırılır.
Mənbənin məlumatına görə, hərbi təlimlər zamanı hərbi əməliyyatların birgə planlaşdırılması məsələləri, iştirakçı ölkələrin quru qoşunlarının qərargah və bölmələrinin nümayəndələri arasında qarşılıqlı fəaliyyət qaydası, o cümlədən şərti qanunsuz silahlı qüvvələrin zərərsizləşdirilməsi üzrə taktiki hərəkətlər müzakirə olunub.
Yeganə




