Ermənistanda işıq pulunun artmasına etiraz olaraq aksiya keçirilir.
“Ermənistan elektrik şəbəkəsi” şirkəti mayın əvvəllərində elektrik enerjisinin bahalaşması ilə bağlı dövlət komissiyasına müraciət edib.
Bu şirkət Rusiyanın «Интер РАО» dövlət müəssisəsinə məxsusdur.
Müraciət qəbul edilib və ötən cümə günü bəyan edilib ki, tariflər avqustu 1-dən təxminən 7 dram artırılır.
Buna etiraz olaraq Yerevan, Gümrü və Vanadzor şəhərlərində çoxminlik tətil elan edilib.
Bu son vaxtlar ölkədə keçirilən ən böyük etiraz aksiyası hesab olunur.
Hazırda ölkədə etirazlar davam edir.
Ötən cümə günündən paytaxt Yerevandakı Azadlıq meydanında fasiləsiz etiraz aksiyası keçirilir.
Bu müddət ərzində gecəni də meydanda keçirən aksiyaçılar, hakimiyyətə bazar ertəsi axşamadək vaxt qoyublar.
Əks halda meydandan prezident sarayana yürüş edəcəklərini bildiriblər.
Aksiyanı “Talana yox” hərəkatı təşkil edib.



