"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Ermənistanda sabitliyin bərpasını gözləməyəcəyik”

03 May 2022 - 17:28
in MANŞET

Qüdrət Həsənquliyev: “Biz erməni siyasi elitasının tülkülüyündən və Paşinyan demişkən başqaları üçün “qurbanlıq qoyun” olmaq kimi kütbeyin davranışlarından cana doymuşuq”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini oxuculara təqdim edirik:

  • Qüdrət bəy, Ermənistanda sülh müqaviləsi əleyhinə etiraz aksiyaları səngimir. Paşinyan sülh danışıqlarını uzadarsa, yaxud istefaya məcbur edilərsə və ya 1999-cu ilə parlamentdə spikeri və baş naziri publik edam etdikləri kimi onu da edam etsələr, o zaman nə etməliyik?
  • Ermənistandakı etiraz aksiyaları sülh sazişinin imzalanmasını və bölgəyə sülh gəlməsini istəməyən kənar qüvvələr tərəfindən sifariş edilib. Paşinyanın cəsarətsizliyi, güclü və müdrik siyasi xadim olmaması isə vəziyyəti daha da ağırlaşdırır. Ona görə də qeyd etdiyiniz hər üç variant realdır. Biz erməni siyasi elitasının tülkülüyündən və Paşinyan demişkən başqaları üçün “qurbanlıq qoyun” olmaq kimi kütbeyin davranışlarından cana doymuşuq. Azərbaycan iqtidarında xarici siyasətə cavabdeh şəxslər bəri başdan xəbərdar etməlidirlər ki, Ermənistanda hakimiyyət dəyişikliyi heç nəyi dəyişməyəcək və biz həmin ölkədə sabitliyin bərpasını gözləməyəcəyik. Yeri gəlmişkən, yadınıza salım ki, 1993-cü ildə Gəncədə hərbi qiyam baş verəndə Ermənistan bundan istifadə edib bizim 4 rayonu işğal etdi. Paşinyan hakimiyyətdən kənarlaşdırılan gün Azərbaycanın Daxili Qoşunları Xankəndinə daxil olub Azərbaycanın suveren hüquqlarını Qarabağda bərpa etməlidir.
  • Qüdrət bəy, Prezident ADA Universitetində çıxışı zamanı söylədi ki, yerlərdə idarəetməni təkmilləşdirmək məqsədilə Qarabağda işğaldan azad olmuş ərazilərdə “səlahiyyətli nümayəndələrin” təyin olunması sınaqdan keçirilir. Sizin bu institutun yaradılmasından gözləntiləriniz nədir?
  • Əvvəla, Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə icra hakimiyyətini yerli icra hakimiyyətlərinin başçıları həyata keçirir. Bundan başqa “səlahiyyətli nümayəndə”ləri də, icra başçılarını da Prezident təyin edir. Ona görə də yalnız kadrların şəxsi keyfiyyətlərindən asılı olaraq nəsə dəyişə bilər. Elə hazırlıqlı və yüksək standartlara cavab verən kadrlar varsa, onlar başçı təyin olunsa daha yaxşı olar. Bu zaman idarəetmə xərcləri də şişməz. Düşünürəm “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq Prezident tərəfindən müəyyən edilmiş “iqtisadi rayonlar” müəyyən dəyişikliklər edilməklə “inzibati ərazi vahidləri” kimi Milli Məclisdə qeydə alına bilər və həmin ərazilərdə icra hakimiyyəti funksiyalarını səlahiyyətləri qanunla müəyyən olunan, yerli sakinlərin seçdiyi rəhbərlər həyata keçirər. Bu həm də imkan verər ki, gələcəkdə Qarabağdakı erməni sakinlər də özlərinə yerli idarəetməni həyata keçirmək üçün rəhbər seçə bilsin. İdarəetmədəki hədsiz mərkəzləşmə siyasəti artıq özünü doğrultmur və dəyişdirilməlidir. İnzibati ərazi vahidlərində seçkili nümayəndəli orqanların da yaradılması şərtilə belə bir islahatların aparılması Prezidentin də qeyd etdiyi yelrli idaretmədəki ciddi çatışmamazlıqları aradan qaldıra, idarəetmə xərclərini azalda və inkişafa təkan verə bilər.
  • Qeyd etdiyiniz dəyişiklilər iqtisadi islahatlara yol aça bilərmi?
  • Hökumət hər zaman bəyan edir ki, iqtisadiyyatın aparıcı sahələri dövlət nəzarətindədir. Bu isə özünü doğrultmur. Həmin sahələri məmurlar idarə edir. Onların nəzarətindəki dövlət müəssiələri xərcləri şişirtməkə vergi ödəməkdən yayınır, borc götürüb keyfləri istədiyi kimi xərcləyirlər, sonra da həmin borclar büdcədən ödənilir. Bu azmış kimi bəzən büdcədən də onlara kömək məqsədilə vəsait ayrılır. Ona görə də həmin şirkətlərin, xidmət sahələrinin özəlləşdirilməsinə, yaxud xarici şirkətlərə uzunmüddətli idarəetməyə verilməsinə, onların inhisarçı statusuna son qoyulmasına imkan verilmir. Bu istiqamətdə ciddi islahatların aparılması, investisiya qoyuluşu mühitinin yaxşılaşdırılması üçün siyasi iradə lazımdır. İqtisadi gücümüz artarsa həm qaçqınların öz yurd-yuvalarına qayıtması prosesi sürətlənər, həm də insanlarımız həyat səviyyəsi yüksələr.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Vyanada Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü baş tutub

Next Post

Makron Putinə zəng vurub – YENİLƏNİB

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
Makron Putinə zəng vurub – YENİLƏNİB

Makron Putinə zəng vurub - YENİLƏNİB

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha 6 nəfər COVID-19-a yoluxub

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.