“Ermənistanın indiki hakimiyyətinin havadarları və erməni lobbisinin apardığı işlərin nəticəsində aparılan ritorika artmaqdadır. Bu da özünü onda göstərir ki, Ermənistan dövlətinə Avropa Parlamentinin qərarlarından sonra missiya göndərilib. Həmin missiyada Almaniya və Fransanın qüvəlləri fəaliyyət göstərməyə başlayıb”- bu sözləri Elchi.az-a açıqlamasında Millət vəkili Mahir Abbaszadə deyib.
O, həmçinin qeyd edib:”Onlar bəzən Azərbaycanla Ermənistan sərhədinə qədər gəlib çatırlar. Belə olduğu halda təbii ki, Ermənistan tərəfinin bu şeylərə vadar edən onların havadarlarıdır. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan torpaqlarını azad etmiş bir dövlətdir və ordusu kifayət qədər hazır vəziyyətdədir. Cənab prezidentinin də dediyi kimi Azərbaycan ordusu istənilən vaxtı düşmənin başına dəmir yumruq kimi təzədən enməyə hazırdır. Onu da qeyd edək ki, sərhədlərimizin təhlükəsizliyi təmin edilməsi ordumuzun vacib missiyalarından biridir”.
Havar Şəfiyeva






