“Azərbaycan Ermənistanla sülh platformasının başa çatdırılması istiqamətində gedən danışıqlarda müxtəlif tərəflərin vasitəçiliyinin bu prosesə nə dərəcədə kömək edə bilər məsələsının üzərində addımlarını dəqiqləşdirməlidir və sonra verdiyi qərar üzərində qəti addımlar atmağa çalışmalıdır, çünki bu məsələdə yüz faizlik dəqiqlik mümkün deyil”.
Bu fikirləri Elchi.az-a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov FB hesabında qeyd edib:
“Məsələ ondadır ki, vasitəçilk təklif edən istər Rusiya, istər, Avropa İttifaqı, istərsə də Qərb fərqli maraqlardan çıxış edir.
Avropa İttifaqı bu məsələdə daha çox səmimi kimi görüntü verir, çünki Azərbaycan qazına ehtiyacı var. Digərlərinin məqsəd və məramları hamıya bəllidir, daha çox prosesi uzatmağa və öz maraqlarını qorumağa çalışırlar.
Onda Azərbaycan nə etməlidir?
Azərbaycan bu günə kimi bu məsələni böyük ölçüdə necə həll edibsə, elə də həll etməlidir.
Bu dövlətlər öz oyunlarını Ermənistan üzərindən qururlar. Biz bir əlimizdə kökə göstərib, digər əlimizlə Ermənistanı vurmalıyıq. Ermənistanı elə vəziyyətə salmalıyıq ki, heç bir ölkənin təhriklərinə uymağa halı qalmasın. Hər təhrikin ona bir zərbə şəklində qayıdacağına əmin olsun, amma onların yaxşı yaşaması üçün də imkanların bizim əlimizdə olduğunu bildirməliyik. Nəhayətdə erməni cəmiyyəti təhrikçilərdən bezib Azərbaycanla sülhə gələcək. Başqa çıxış yolunun olmadığını görəcəklər. Bunda təzminat məsələsi isə xüsusi rol oynayacaq”.
Yeganə





