"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistanın “ekoloji terroru” Qırğızıstanın Analitik Mərkəzinin saytında

23 Dekabr 2022 - 15:40
in CƏMİYYƏT

Qırğızıstanın “Разумные Решения” Analitik Mərkəzinin (ANALYTICAL CENTRE “PRUDENT SOLUTIONS”) saytında Ermənistanın Azərbaycana qarşı “ekoloji terroru”ndan bəhs edən yazı dərc olunub.
Müəllif Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev yazıda qeyd edib ki, 1988-ci ildən başlayaraq ermənilər və onların havadarlarının Azərbaycana qarşı başlatdıqları müharibə şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin soyqırımına, eyni zamanda, flora və faunanın məhvinə səbəb olub. Hərbi münaqişə və müharibə yalnız Azərbaycanın ərazisində getdiyindən atmosfer, su mənbələri və torpaqlarımız bioloji və kimyəvi çirklənməyə məruz qalıb. Ermənistan 30 ilə yaxındır ki, işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitə çox böyük bərpası mümkün olmayan ziyan vurub. Nəticədə Azərbaycanın bir zamanlar işğal olunan ərazilərinin təbii sərvətləri müxtəlif şirkətlər tərəfindən qanunsuz olaraq istismar edilərək talan edilib.
Müəllif daha sonra qeyd edib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə səbəb oldu.
Azərbaycan həmişə beynəlxalq hüquqa istinad edib, irəli gələn tələblərin də Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir. Amma bütün dünyanın gözü qarşısında baş verən hadisələr fonunda aydın olur ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına zidd olan əməlləri, təxribatları və ekoloji terrorizmi ilə bu öhdəliklərini yerinə yetirmir, əksinə vəziyyəti gərginləşdirmək və sülh sazişinin imzalanması prosesini ləngitmək üçün hər cür səy göstərir.
C.Şahverdiyev Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub. Yazıda aksiya iştirakçılarının tələbləri qeyd olunub. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa-Xankəndi yolunda son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərlərinə verdiyi məlumatlar da vurğulanıb.
Yazıda ermənilər tərəfindən “Qızılbulaq”, “Dəmirli” yataqlarının istismarından da söz açılıb.
Ermənistan qanunsuz iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistanın hüquqi məsuliyyətinə səbəb olur. ATƏT-in, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP), Ətraf Mühit Proqramının (UNEP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi hesabat və qətnamələrdə qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktlarına rast gəlinir. Bu cür faktları əks etdirən saysız-hesabsız qətnamələr, hesabatlar var. Əsas odur ki, onların kağız üzərində olması yox, həyata keçirilməsidir.
Müəllif sonda qeyd edib ki, Ermənistanın ətraf mühitə qarşı bu cür qəddar və qeyri-insani hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməli və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir.

Yazının tam mətni:

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

https://prudentsolutions-analitika.org/2022/12/23/%D0%BF%D1%80%D0%BE%D0%B1%D0%BB%D0%B5%D0%BC%D0%B0-%D1%8D%D0%BA%D0%BE%D0%BB%D0%BE%D0%B3%D0%B8%D1%87%D0%B5%D1%81%D0%BA%D0%BE%D0%B3%D0%BE-%D1%82%D0%B5%D1%80%D1%80%D0%BE%D1%80%D0%B8%D0%B7%D0%BC%D0%B0/?fbclid=IwAR1lsOiTkbAzjQdtwUEoEfR5LmuUHOtXsqQtIq0sBqw3B8PrQHumBK2dAuc

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azercell-də “Təhlükəsizlik həftəsi”

Next Post

Prezident onları təltif etdi – SİYAHI

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Prezident onları təltif etdi – SİYAHI

Prezident onları təltif etdi - SİYAHI

Zaxarova: Rusiya xarici siyasətini hazırlayarkən NATO strategiyasını nəzərə alır

Zaxarova: Rusiya xarici siyasətini hazırlayarkən NATO strategiyasını nəzərə alır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.