Silahlı qiyamın iştirakçılarının valideynləri də uşaqlarına çağırış ediblər
Ermənistanın 27 ictimai-mədəni xadimi “Müəssilər Məclisi” nin rəhbəri, həbsdə olan müxalifətçi Jirayr Səfilyana müraciət edib.
Musavat.com-un erməni saytlarına istinadən verdiyi xəbər görə müraciətdə onun yoldaşlarından silahı yerə qoyması xahiş edilib.
Müraciəti rejissor Ruben Babayan, Ervand Manaryan, bəstəkar Tiqran Mansuryan, Artur Qriqoryan kimi mədəni ictimaiyyətin nümayəndələri imzalayıblar. Bunların arasında aktyorlar, dirijorlar, müğənnilər də var.
Səfilyanın bu müraciətə reaksiyası hələ bəlli deyil.
Bundan başqa İrəvanın Erebuni rayonunda Post-patrul alayının binasını tutaraq, içəridə olan polisləri girov saxlayan silahlı şəxslərlə bağlı yeni xəbərlər gəlməkdə davam edir.
Həmin silahlı qiyamçılardan bəzilərinin valideynləri İrəvanda mətbuat konfransı keçiriblər.
Onlar övladlarının zorla bu işə cəlb olunduğunu iddia ediblər.
Belə ki, silahlı qiyamı həyata keçirənlərdən biri, Edqar Soqomonyanın atası oğlunun bu hadisədə könüllü şəkildə iştirak etməsinə inanmadığını söyləyib.
Onun sözlərinə görə 1985-ci il təvüllüdlü Edqar Soqomonyan gözləri zəif görüdüyü üçün heç orduda belə xidmət etməiyb və həyatında əlinə silah almayıb.
Edqar Solomonyanın atası bildirib ki, onu oğlu Rusiyada yaşayırmış. Orada o, fəhləlik edib ailəsinə pul göndərirmiş. Oğlunun bu ayın 13-də Samaradan geri qaytdığını söyləyən Solomonyan onun 16 iyulda səhər mitinq adı ilə evdən çıxdığını söyləyib. Onun bildiridiyinə görə mitinq Qarabağ məsələsi ilə bağlı olub. “O mənə dedi ki, azərbaycanlılara hansısa torpaqları güzəştə getmək istəyirlər, ona görə buna etiraz edənlərə qoşulur. 17 iyulda eşitdim ki, Edqar polis binasını tutan silahlı qrupla birlikdədir” deyə Solomonyanın atası söyləyib.
Edqar Solomonyan Spitakda yaşadığını, cüzi pensiya ilə 1-ci dərəcəli əlil kimi əlil arabasına məhkum olduğunu söyləyərək, oğlunun silahlıların əlindən qurtulmasını xahiş edib.
Qiyamın digər iştirakçısı 26 yaşlı Qarnik Ovakimyanın anası Marina Papikyan da oğlunun Rusiyada işlədiyini söyləyib.
Onun sözlərinə görə oğlu İrəvana sadəcə sənədlərini düzəltmək üçün gəlibmiş və hətta 24 iyula geri dönüş biletini də alıb.
“17 iyulda o bildirdi ki, hansısa mitinqə gedir. Həmin gün mən zəng edən zaman o mənə hansısa binada olduğunu söylədi. Danışıq zamanı mən onun oradan çıxmaq istədiyini hiss etdim” deyə Marina Papikyan bildirib.
Ermənistan polisinin mətbuat xidmətinin katibi, bu tədbirin təşkilatçısı Aşot Aqaronyan valideynlərin könüllü şəkildə bu konfansa gəldiklərini və heç kmin onları məcbur etmədiyini söyləyib.
Adı çəkilən silahlı qrupun üzvləri isə bu mətbuat konfransını komediya adlanıdırb.
Həmin şəxsər mətbuatla əlaqə saxlayaraq heç kimin onları bu silahlı insidentdə iştirak etməyə məcbur etmədiklərini söyləyiblər.