“Məlum məsələdir ki, Ermənistan öz iddialarından əl çəkməyəcək. İstənilən vaxtı məhkəmədə öz fikrini bildirə bilər. Lakin biz bütün prosesləri Beynəlxalq hüquq və normaları çərçivəsində həyata keçirmişik”. Bu fikirləri Elchi.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.
O, açıqlamasında həmçinin qeyd edib:
“Elə şərait yaradılıb ki, orda qalan ermənilərə nə fiziki, nə də psixoloji təzyiq olmayacaq. Birmənalı şəkildə elan olunub ki, qayıtma istəyən, öz evinə qayıda bilər və heç bir problem yaşamayacaq”.
Deputatın sözlərinə görə hətta hansısa məhkəmə qərəzli bir qərar çıxartsa, bunun heç bir hüquqi əsası olmayacaq.
“Çünki konkret olaraq bir problem yoxdur. Statusa gələndə məlumdur ki, orda yaşayanların bəlkə də hamısı Ermənistan pasportu ilə yaşayır və Ermənistana gediblər. Bundan belə çıxır ki,onların heç bir qaçqın statusu ola bilməz. Ona görə də ermənilərin harasa müraciət olunması qanuna ziddir”.
Havar Şəfiyeva






