Ermənistanın sabiq müdafiə nazirinin müavini tutuldu

>

Bunu da oxuyun

Irəvanda məhkəmə Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanı həbs edib.

APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi xəbərə görə, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli hesab edilib. Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.

Manvel Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib.

Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. Daha sonra Milli Təhlükəsizlik Bürosunun yaydığı məlumatda deyilir ki, deputat 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728