"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistanın təxribatları ABŞ-ın məşhur radio verilişində müzakirə olunub

04 Sentyabr 2020 - 09:00
in SİYASƏT

ABŞ-da geniş nüfuza malik və Nyu-Yorkdan bütün Amerika ərazisinə yayımlanan ConBatçelor Şou radio proqramında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri ElinSüleymanovla müsahibə yayımlanıb.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

“Report”a Səfirliyimizdən verilən məlumata əsasən, müsahibədə ilk öncə son zamanlar Yaxın Şərqdə normallaşma proseslərinin məhz Azərbaycanın nümunəsinə əsaslanması qeyd olunub.

Con Batçelor Azərbaycana etdiyi səfərlər çərçivəsində ölkəmizdə bütün xalqlar, o cümlədən yəhudilərin sülh və dostluq şəraitində yaşamasının, antisemitizmin müşahidə olunmamasının, burada yəhudi icmalarına göstərilən diqqət və qayğının, onların öz dini etiqadlarını sərbəst şəkildə yerinə yetirmək azadlıqlarının canlı şahidi olduğunu bildirmiş və bunu digər ölkələrə örnək kimi təqdim edib.

Səfir E.Süleymanov yəhudilərin ölkəmizdə yüzilliklər boyu yaşamasını xatırladaraq, burada onlara qarşı nəinki dözümlülük nümayiş etdirildiyini, onlara cəmiyyətin ayrılmaz parçası olaraq dəyər verildiyini diqqətə çatdırıb. E.Süleymanov qeyd edib ki, İsrail mətbuatında da Azərbaycanın nümunəsi davamlı olaraq işıqlandırılır.

Daha sonra, Con Batçelor son zamanlar Rusiyanın Ermənistana hərbi yük daşımaları ilə bağlı sual ünvanlayıb və bu məsələ ilə əlaqədar Azərbaycan tərəfinin narahatçılığı ilə mətbuatdan tanış olduğunu bildirib. Öz növbəsində səfir E.Süleymanov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlarda Minsk Qrupunun həmsədri qismində Rusiyadan ədalətli mövqe gözlənildiyini bildirib. Azərbaycan Respublikasının Xarici İşlər naziri CeyhunBayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində rusiyalı həmkarı SergeyLavrovla görüş zamanı məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını diqqətə çatdırdığını, Azərbaycanın sülh prosesinə sadiqliyini və substantiv danışıqlardan real nəticələr gözlənildiyini bəyan etməsini xatırlatdı. Səfir Azərbaycanın bu yanaşmasının Rusiya tərəfindən dəstəkləndiyini bildirdi. Lakin buna baxmayaraq, Rusiyadan yük təyyarələrinin Ermənistana hərbi təchizat daşımasının müşahidə olunduğunu, Rusiya müdafiə nazirinin ölkəmizə səfəri zamanı bu təyyarələrin tikinti materialları daşımasını iddia etməsini bildirdi. Rusiyadan və İran hava məkanından keçərək Ermənistana tikinti materiallarının daşınması izahatının qənaətbəxş olmadığını qeyd etdi. Səfir ölkə Prezidenti İlham Əliyevin və Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin məsələ ilə bağlı açıq şəkildə narahatlığına istinad edərək, Rusiya tərəfinin məsələyə tam aydınlıq gətirəcəyinə və Minsk Qrupu həmsədri kimi obyektiv vasitəçi kimi fəaliyyət göstərəcəyinə ümid etdiyini bildirib.

Müsahibə zamanı Con Batçelor Ermənistanın məhz Tovuz istiqamətində Azərbaycanın hərbi qulluqçuları və mülki əhali arasında itki olduğunu bildirərək, Ermənistanın hücumunun Cənub Qaz Dəhlizinə təhdid yaratmaq məqsədi daşıyıb-daşımadığını sorğu etdi. Səfir E.Süleymanov erməni təxribatınının məhz bu ərazidə olmasının aydın şəkildə qlobal enerji təhlükəsizliyinə töhfə verən layihələrə təhdid yaratmaqla, ümumi regionun rifahına zərbə vurmaq məqsədi daşıdığını, eləcə də Ermənistanın özünə ziyanlı olduğunu qeyd edib.

Qeyd edək ki, müsahibə ilə https://audioboom.com/posts/7673713-why-is-russia-arming-armenia-what-is-to-be-done-elinsuleymanov-azembassyus internet səhifəsindən tanış olmaq mümkündür.  

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

” İsa Sadıqov Rusiyanın agentidir”

Next Post

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə olunacaq

BŞİH: Oktyabrın 1-dək bağçalar tam açılacaq

BŞİH: Oktyabrın 1-dək bağçalar tam açılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.