"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistanın Tiflisdəki səfirliyi qarşısında girovlarımızla bağlı aksiya keçiriləcək

29 Dekabr 2014 - 15:32
in XƏBƏR LENTİ
img1712229Dilqəm Əsgərovun oğlu: “Atam bizə göndərdiyi məktubları təzyiq altında yazır”
Dekabrın 30-da Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin azadlığa buraxılmaları tələbi ilə aksiya keçiriləcək. Bu barədə APA-ya Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.
Almaniya vətəndaşı olan F. Məmmədov bildirib ki, aksiya ilə bağlı Tiflis şəhər meriyasına yazılı şəkildə məlumat təqdim ediblər və onlara bir saat ərzində aksiya keçirməyə icazə verilib: “Sabah əllərimizdə Azərbaycan bayraqlarını və girov götürülən azərbaycanlıların şəkillərini tutaraq, onların azad olunması tələbini səsləndirəcək və bu barədə bəyanatımızı Ermənistan səfirliyinə təqdim edəcəyik. Aksiyaya Tiflisdə yaşayan azərbaycanlı gənclər də qoşulacaqlar”.
Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov isə APA-ya açıqlamasında atası ilə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin köməyi ilə məktub vasitəsilə əlaqə saxladıqlarını söyləyib: “Atamdan axırıncı məktubu bir ay bundan əvvəl almışıq. Yazıb ki, “yaxşıyıq, bizə yaxşı baxırlar”. Bilirik ki, onlar orada işgəncə və təzyiqlərə məruz qalırlar və bizə ünvanlanan məktublar təzyiq nəticəsində yazılır. Məktubdakı xətt atamındır, lakin o, məktubu təzyiq altında yazıb. Şəkillərdən görünür ki, onlar nə vəziyyətdədir. Atam çəkisinin yetmiş faizini itirib, otuz faizi qala-qalmaya…”
Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər ərazisində öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb, onun meyiti Bakıda dəfn edilib. Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qondarma “məhkəmə” prosesi oktyabrın 27-də başlayıb.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rəis müavinini və oğlunu güllələyən şəxsə ömürlük həbs verildi

Next Post

Cizrədə silahlar susdu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Cizrədə silahlar susdu

FHN yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.