Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.
Elchi.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, yuxarıda adıçəkilən şəxslər Antalya Diplomatiya Forumuna qatılacaqlar.






