"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ermənistanın Zəngəzur dəhlizinə qarşı planının detalları

27 Oktyabr 2023 - 13:42
in MANŞET

Ermənistan Zəngəzur dəhlizinə qarşı irəli sürdüyü “sülhün kəsişməsi” layihəsini təqdim edib. Layihə bir neçə prinsipi özündə birləşdirir:

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

1. Bütün infrastruktur – avtomobil, dəmir və hava yolları, boru kəmərləri, kabellər və elektrik xətləri keçdikləri ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərir;

2. Hər bir ölkə öz ərazisində yerləşən dövlət qurumları vasitəsilə sərhəd və gömrük nəzarəti tətbiq edir, o cümlədən, nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyini təmin edir;

3. Bütün infrastuktur həm beynəlxalq, həm də ölkədaxili daşımalarda istifadə oluna bilər;

4. Ölkələr qarşılıqlı və bərabərlik prinsipi ilə bütün infrastukturlardan istifadə edir;

5. Bu prinsiplərə uyğun olaraq, sərhəd və gömrük nəzarəti qarşılıqlı razılaşma ilə asanlaşdırıla bilər;

Ermənistan hökuməti layihə çərçivəsində atacağı addımları da açıqlayıb:

– Yol infrastrukturu üçün Ermənistan-Azərbaycan sərhədində və Ermənistan-Türkiyə sərhədində 7 buraxılış məntəqəsi yerləşdirir;

– Ermənistan ərazisində 4 dəmir yolunu bərpa etməklə Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqəni təmin edir: Narnadzor-Ağarak (43 km), Hrazdan (Axta rayonu) xəttinin köhnəlmiş hissələri (80 km), Arazdəyəndən Naxçıvan sərhədinə (1 km), Gümrüdən Türkiyə sərhədinə qədər olan dəmir yolunun dağılmış hissələri (6 km);

– 4-ü Ermənistan-Azərbaycan, biri Ermənistan-Türkiyə sərhədində olmaqla beş dəmir yolu buraxılış məntəqəsi yaradır;

Layihə kommunkasiyanın açılmasında “dəhliz” məntiqinə qarşıdır, hərçənd, Bakı iki məsələyə görə bu prinsiplərə isti münasibət sərgiləyə bilər:

Birincisi, Qərbin dəhliz məsələsi üzərindən Bakıya təzyiqini arxa plana keçirir;

İkincisi, yaxın dövrdə sülh sazişinin imzalanmasına və regional sabitliyin əldə edilməsinə nail olur: bölgədə sülh, zaman baxımından Orta Dəhlizin perspektivinin arxa plana keçməməsi üçün də lazımdır;

Lakin bu prinsiplər Rusiyanın “dəhliz” üzərindən həm Ermənistanda, həm bölgədə təsir imkanlarını genişləndirmək, həm də Avrasiyanın nəqliyyat şəbəkəsinin bu ərazidən keçən hissəsində paya sahib olmaq planına ziddir. Bu halda Paşinyanın təklif etdiyi prinsiplər artıq İrəvan və Moskvanın mübahisəsinə çevrilir. Bakı İrəvanı razı salmağı Rusiyanın üzərinə qoya, hər iki varianta – dəhliz və yol məntiqinə hazır olduğunu bəyan etməklə “dəhliz qarşıdurmasını” Moskva-İrəvan xəttinə daşıya və sonda qalibi olan tərəflə işləyə bilər.


Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabah 29 dərəcə isti olacaq

Next Post

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

BQXK Qəzzaya humanitar yardım və tibbi heyət göndərib

Lukaşenko: Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər

Lukaşenko: Yaxın Şərqdən Üçüncü Dünya müharibəsi başlaya bilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.