“Xəzərdə neftçilərimiz itkin düşüb. Bu, bir il ərzində baş verən ikinci hadisədir”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib.
Millət vəkili bildirib ki, estakadalarda tez-tez qəzaların baş verməsi təxribat ola bilər.
“Bunlar araşdırılmalı, məsuliyyətsizliyə yol verənlər tcəzalandırılmalıdır”,-deyə deputat vurğulayıb.
Spiker Oqtay Əsədov isə cavabında deyib ki, hadisə ilə bağlı Dövlət komissiyası yaradılıb və hazırda bu istiqamətdə iş aparılır.




