"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Etibar Pirverdiyevlə Akif Çovdarovun iş birliyi və girovluq əməliyyatı

23 Yanvar 2016 - 21:12
in ÖNƏMLİ, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

eto.jpg

STP-nin icraçı direktoru MTN-ə niyə aparılmışdı; Etibar Pirverdiyev Akif Çovdarovun qəbulunda və…

Ölkəmizin ən iri sənaye müəssisələrindən biri hesab edilən Sumqayıt Texnologiyalar Parkına (STP) bəslənən ümidlər təəssüf ki, özünü doğrultmur.

Qeyd edək ki, bu müəssisə qeyri neft sektorunun inkişaf etdirilməsi, sənaye potensialının artırılması məqsədilə işə salınmışdı. Amma gözləntilər nəinki özünü doğrultmadı, əksinə STP-də işlər qaydasına düşmək əvəzinə, vaxt ötdükcə daha da pis məcraya yönəlir.

Məlumat üçün bildirmək istəyirik ki, Sumqayıt Texnologiyalar Parkının ümumi sahəsi 479180 kvadratmetrdir. İstehsalat sahəsi isə 438992 kvadratmetr təşkil edir. Parkda 17 zavod fəaliyyət göstərir. Adıçəkilən müəssisədə nöqsanlar kifayət qədər olsa da bugünkü mövzumuz heç də bu deyil. Belə ki, “Unikal”a daxil olan şok informasiyalarda STP və onun himayədarı olan “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin adının qalmaqallı “MTN işi”nə görə hallandırılmasından bəhs olunur. Bu haqda bir qədər sonar daha ətraflı, hələlik isə STP-nin “MTN işi”nə görə adı hallanan icraçı direktorunu yaxından tanımağa çalışaq…

STP-nin icraçı direktoru Sahib Musayev əslən Qazax rayonunun Köçvəlli kəndindəndir. O 2006-cı ildən Yüksək Gərginlikli Elektrik Avadanlıqlar ASC-nin sədri işləməyə başlayıb. 2007-ci ildən “AZENCO” ASC-nin sədr müavini kimi Sumqayıt Texnologiyalar Parkının inşa edilməsinə cavabdeh şəxs kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Sumqayıt Texnologiyalar Parkı ASC-dən ayrılaraq ayrıca müəssisə kimi fəaliyyət göstərməyə başlayıb. Sahib Musayev də STP-nin icraçı direktoru təyin olunub. “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin ən yaxın adamlarından biri kimi tanınan icraçı direktorla bağlı bu günə qədər ölkə mətbuatında çeşidli tənqidi məqalələr dərc olunub.

İndi isə “Azərenerji” sədri Etibar Pirverdiyev və STP-nin icraçı direktoru Sahib Musayevi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarovla birləşdirən ilginc olayın təfərrüatlarına nəzər salaq. Mənbənin bildirdiyinə görə, MTN-nin zərərsizləşdirilən mütəşəkkil cinayətkar qruplaşmasının ən qəddar personası olan general Akif Çovdarov STP-nin icraçı direktoru Sahib Musayevlə də “haqq-hesab” çəkibmiş. Həmin məlumata görə, Sumqayıt Texnoloji Parkında baş vermiş hansısa şok maxinasiya haqda məlumatlı olan Akif Çovdarov Sahib Musayevi MTN-ə çağırtdırıb. 3 sutka onu MTN-də girov saxlayan Akif Çovdarovun Sahib Musayevi hansı maraqlar qarşılığında azad etməsi da çox maraqlıdır. Mənbəmiz bununla bağlı deyir ki, 3 gün MTN-də saxlanan Sahib Musayev Akif Çovdarova fantastik məbləğdə rüşvət ödəyərək azadlığını satın alıbmış.

Sözügedən olayla bağlı maraqlı məqamlardan biri isə “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevin də həmin mövzuyla bağlı MTN-də, Akif Çovdarovun qəbulunda olmasıdır. Təbii ki, Etibar Pirverdiyevi Akif Çovdarovun qəbuluna gətirən səbəblər Sahib Mustafayevin MTN-də saxlanması ilə bağlı olub.

Xatırladaq ki, Akif Çovdarova qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, reketlik, quldurluq əməlləri ilə yanaşı adam oğurluğu maddəsi üzrə də ittiham irəli sürülüb.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Davudoğludan Baydenə: “ABŞ-dan elə görünür”

Next Post

Ərdoğan-Bayden görüşü başladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Ərdoğan-Bayden görüşü başladı

Rusiya - dünya iqtisadiyyatında böhranın düyün nöqtəsi - ŞƏRH

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.