"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

ETSN: Yağıntıların normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib

19 Oktyabr 2016 - 12:05
in XƏBƏR LENTİ
ETSN: Yağıntıların normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib

“Atmosfer yağıntılarının normadan artıq olması nəticəsində yeni sürüşmə sahələri əmələ gəlib”.
Bunu “Report”a nazirliyin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
O bildirib ki, son günlər ölkə ərazisində yağan yağışlar respublika ərazisində olan sürüşmə sahələrində aktivləşməyə səbəb olub: “Yeni sürüşmə sahələri əmələ gəlib. İllərlə passiv sahə kimi tanınan sürüşmə sahələrində aktivləşmələr baş verib. Məsələn, Qobustan rayon ərazisində yerləşən, Poladlı sürüşmə sahəsində 2010-cu ildə sürüşmə prosesi qeyd olunmuşdu. Son günlərə kimi ərazidə stabillik hökm sürürdü, amma normadan artıq düşən yağıntılar nəticəsində həmin ərazidə aktivləşmə olub. Sürüşmə nəticəsində kəndə gedən avtomobil yolu tam sıradan çıxıb. Muğanlı-İsmayıllı avtomobil yolunda da yeni, lokal tipli sürüşmə proseslərinin baş verməsi müşahidə olunub. Respublikanın şimal bölgəsində sürüşmə sahələri əsasən yolları əhatə edir. Quba-Xınalıq yolu, Giləzi sürüşmə sahələrində aktivləşmə ehtimalı 80%-ə yaxındır”.
S.Əmiraslanovun sözlərinə görə, İsmayıllı rayonunun İstisu kəndi ərazisində çayın sahilində 3 hektara yaxın ərazidə yeni sürüşmə sahəsi baş verib: “Sürüşmənin eni 500 m, uzunluğu 500-600 metrə qədərdir. Qırılma daşının hündürlüyü isə 5 metrə yaxındır. Sürüşmə sahəsinin təsir sahəsində 3 fərdi yaşayış evi yerləşir, qismən aralıda yerləşdiyi üçün hələ ki, elə bir ciddi təhlükə yaranmayıb. Ancaq atmosfer yağıntılarının normadan artıq olduğunu, eyni ilə də sürüşmə sahələrinin aktiv fazada olmasını nəzərə alsaq, bu, gələcəkdə fərdi yaşayış evləri üçün təhlükə yarana bilər”.
Rəis qeyd edib ki, respublikanın bölgələrində mövcud olan sürüşmə sahələrində monitorinq işləri davam etdirilir: “Hazırda regionlarda 56 obyektdə monitorinq aparılır. Demək olar ki, əksər obyektlərdə aktivləşmə müşahidə olunur. Lerik, Lənkəran, Astara, Gədəbəy, Daşkəsən, Şamaxı və İsmayıllıda aktivləşmə müşahidə olunub”.
Bakı ərazisində ciddi dəyişiklik baş vermədiyini deyən mütəxəssis bildirib ki, paytaxt əsasən subasma prosesinə məruz qalıb: “Sürüşmə sahəsində nisbi gərginlik qalmaqdadır, təbii ki, vəziyyətin tam stabil olduğunu da demək olmaz”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Azərbaycana dəstək verməyə hazırıq` – ABŞ səfirliyi

Next Post

“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“TechFall 2016 Hackathon” layihəsinə qeydiyyat başlandı

Xəbərdarlıq: Ayın 25-dək qar və yağış yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.