“Eurovision” mahnı müsabiqəsində gözlənilməz evlilik təklifi – VİDEO

>

Ukraynada keçirilən “Eurovision” mahnı müsabiqəsində makedoniyalı müğənni evlilik təklifi alıb.

Bunu da oxuyun

Müsabiqənin ikinci yarımfinalında yaşanan romantik hadisə makedoniyalı müğənni Yana Burçeska üçün gözlənilməz olub.

Şounun aparıcısı müğənniyə yaxınlaşaraq ondan müsahibə götürüb. Müğənni aparıcıya tezliklə ana olacağını bildirib. Elə bu zaman onun sevgilisi Aleksandr Yana Burçeskaya evlilik təklif edib.

Aleksandr bildirib ki, o, bu təklifi etmək üçün uyğun zamanı gözləyirmiş. Yana Burçeska sevgilisinin evlilik təklifini qəbul edib.

Romantik səhnənin BBC telekanalında yayımlanmaması izləyicilərin qəzəbinə səbəb olub. Müğənninin fanatları sosial şəbəkələr vasitəsi ilə BBC-yə etirazlarını və şikayətlərini bildiriblər.(aznews.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728