“Eurovision” səhnəsində şalvarını soyunan şəxs sərbəst buraxıldı – Video

>

Ukraynada keçirilən “Eurovision” mahnı müsabiqəsi zamanı nalayiq hərəkətinə görə həbs edilən jurnalist Vitali Sedyuk cinayət məsuliyyətindən azad edilib.

Bunu da oxuyun

Onun, özünün sözlərinə görə, səhnəyə çıxan zaman müğənniyə qarşı heç bir pis məqsədi olmayıb.

Sedyuk belində Avstraliya bayrağı ilə səhnəyə çıxaraq şalvarını soyunmuşdu.

Hadisə mahnı müsabiqəsinin finalı mərhələsində ötən ilin qalibi Camalanın çıxışı zamanı baş vermişdi.

Vitali Sedyuk bildirib ki, o, bu hərəkəti ilə Camalaya yaxşılıq etməyə çalışıb, onun məşhurlaşmasına kömək edib. Sedyukun sözlərinə görə, bu cür hərəkətlər Qərbdə mahnı satışlarının reytinqini artırır.

“Mənim müğənniyə qarşı heç bir pis niyyətim yoxdur. Onun şöhrəti birillik idi. Artıq onu daha uzun müddət xatırlayacaqlar”

Sedyuk əvvəllər də analoji hərəkətləri ilə yadda qalıb. O, Bred Pitt, Uill Smit, Leonardo di Kaprio kimi məşhurları özündən çıxarıb.(AzNews.az)

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728