"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Ev tikmək istəyənlərə şad xəbər – ŞƏRTLƏR DƏYİŞDİ

18 Sentyabr 2014 - 15:44
in İQTİSADİYYAT

Azərbaycanda kiçik torpaq sahəsində ev tikmək istəyənlər şad xəbər alıblar. Bir qədər əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinə edilən dəyişiklikdən sonra, Nazirlər Kabineti də tikililər arasındakı ara məsafəsi tələbi dəyişdirib. Bizimyol.info fins.az-a istinadən xəbər verir ki, indi evlər arasında daha az məsafə saxlamaq lazımdır. Nəticədə kiçik torpaq sahələrində ev tikmək mümkün olacaq.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Tikinti Məcəlləsindəki “başağrısı”

24506Qeyd edək ki, 2013-cü ilin əvvəlindən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsindəki yeniliklərdən biri evin tikintisini sadələşdirmək əvəzinə daha da çətinəşdirmişdi. Məcəllənin 65-ci maddəsinə əsasən fərdi ev tikmək istəyən şəxs, onu torpaq sahəsinin kənarında yox, ortasında inşa etməli və evin hər tərəfində hündürlüyünün 0,6 hissəsi qədər ara məsafəsi saxlamalı idi. Bu tələb kiçik torpaq sahəsi olanlar üçün əməlli-başlı problem yaratmışdı. Çünki ara məsafəsi saxlayanda ev tikmək üçün yer qalmırdı.

1 sot torpaqda necə ev tikmək olar?

Məsələn, sahəsi 1 sot, yəni 100 kvadratmetr olan torpaq sahəsində birmərtəbəli (4 metr hündürlükdə) ev tikmək istəyən şəxs evlə hasar arasında azı 2,4 metr ara məsafəsi saxlamalı idi. Bu şərtə əməl edəndə evin eni-uzunu 5,2 metrdən artıq olmamalı idi. Normal ev tikmək üçün isə torpaq sahəsi o qədər böyük olmalıdır ki, burada həm ev tikmək, həm də ara məsafəsi saxlamaq mümkün olsun. Amma Bakıda torpaq sahələrinin əksəriyyəti kiçik olduğuna görə, belə torpaqlarda normal ev tikmək mümkün deyildi.

İmtina cavabı alan yüzlərlə vətəndaş

Nəticədə, ara məsafəsi tələbi ev tikintisində əsas problemlərdən birinə çevrildi. İndiyədək məhz bu tələbə görə, təkcə Bakının rayonlarında yüzlərlə torpaq sahibi öz torpaq sahəsində ev tikmək barədə müraciətinə İcra Hakimiyətlərindən mənfi cavab almışdı. Belə vətəndaşlara ya həmin torpaqları qonşu ərazilərlə birləşdirib böyütmək, ya da başqa məqsədlərlə istifadə etmək məsləhət görülürdü.

Vəziyyəti dəyişdirən qərar

Bütün bunları nəzərə alan ölkə rəhbərliyi ara məsafəsi tələbinin dəyişdirilməsinə qərar verib. Milli Məclisin qərarı ilə Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, fərdi ev tikintisi zamanı ara məsafəsi 2 dəfə azaldılıb və evin hündürlüyünün 0,6 hissəsi qədər yox, 0,3 hissəsi qədər olmalıdır.
Bu dəyişiklik fərdi evlərin tikintisi ilə bağlı vəziyyəti tamamilə dəyişir. Belə ki, əvvəlki vəziyyətdə sahəsi 100 kvadratmetr olan torpaqda yalnız 27 kvadratmetr sahəsi olan birmərtəbəli ev tikmək olardısa (evin hər tərəfindən 2,4 metr ara məsafəsi saxlamaq şərtilə), dəyişikliklərdən sonra isə həmin torpaq sahəsində 58 kvadratmetrlik ev inşa etmək olar (hər tərəfdən 1,2 metr ara məsafəsi saxlamaq şərtilə).

Torpaq bazarı canlanacaq

Ara məsafəsi tələbinin dəyişməsi Azərbaycanda, xüsusilə də Bakı və onun ətrafında fərdi ev tikintisini sadələşdirəcək. Nisbətən kiçik torpaq sahəsi olan vətəndaşlar bu dəyişikliklər sahəsində ev tikə biləcəklər. Nəhayət, bu dəyişiklik nisbətən kiçik topaq sahələrinə olan tələbatın daha da artmasına və torpaq bazarının canlanmasına səbəb olacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sabunçu Rayon İcra Hakimiyyəti sahibkarın maşınlarını əlindən alıb

Next Post

Daha bir prorektor işdən çıxarıldı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Daha bir prorektor işdən çıxarıldı

ABŞ-ın İrəvandakı səfiri vəzifəsinə namizəd: “Ermənistan özünü beynəlxalq ictimaiyyətdən təcrid edir”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.