"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Evi sökülən şəhid anasına icra başçısından CAVAB

13 May 2022 - 14:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Sosial şəbəkələrdə Sabunçu rayonunda şəhid anasına məxsus olduğu deyilən evin sökülməsi ilə bağlı video yayılıb. Şəhid Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlı ağlayaraq bildirib ki, ona bağışlanan torpaq sahəsində tikmək istədiyi ev başına uçurulub. Şəhid anası qeyd edib ki, evin tikilməsi üçün İcra Hakimiyyətindən 3 min manat rüşvət istəyiblər.

Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Modern.az-a açıqlama verib. İcra başçısı bildirib ki, Şəhidin anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb:

Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri məndə çox böyük təəssüf hissi yaradıb. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonunun tabeliyindədir. Mənim orada tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəyin ki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.

“Mənə verilən məlumata görə, həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi, obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.

Təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.

A.Vəliyev ölkə başçısı tərəfindən şəhid anasına ev verildiyini vurğulayıb. Onun sözlərinə görə, bütün şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir:

“Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. Şəhid anasına Ramanı qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrilə şəxsən özüm maraqlanıram”.

İcra başçısı onu da bildirib ki, M.Abdurahmanlının etdikləri şəhid ailəsi adına yaraşmır.

Qeyd edək ki, Şəhid Sübhan Mahir oğlu Abdurahmanlı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif edib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya XİN-dən ABŞ-a ÇAĞIRIŞ

Next Post

Füzulidə polis özünü GÜLLƏLƏDİ

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Füzulidə polis özünü GÜLLƏLƏDİ

Füzulidə polis özünü GÜLLƏLƏDİ

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti vəfat etdi

Birləşmiş Ərəb Əmirliklərinin prezidenti vəfat etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.