Evinə girən oğrunun üzünü yandırdı

>

Bunu da oxuyun

Tovuzda yerli sakin üz nahiyyəsindən yanıq xəsarətləri alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728