Fələstin-İsrail münaqişəsi zamanı həlak olan jurnalistlərin sayı 46-ya çatıb.
Elchi.az xəbər verir ki, bu barədə İranın İSNA agentliyi Qəzza zolağında Fələstin administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
“46 qadın və kişi jurnalist və media nümayəndəsi raket hücumları və ya İsrail hava qüvvələrinin evlərinə endirdiyi zərbələr nəticəsində və iş zamanı bilavasitə həlak olub”, – deyə məlumatda bildirilir.
Bundan əvvəl Jurnalistləri Müdafiə Komitəsi 2023-cü il oktyabrın 7-dən noyabrın 2-dək Fələstin-İsrail münaqişəsi zonasında “ən azı 36 jurnalistin” öldürüldüyünü bildirmişdi.
Nuranə Məmmədova






