Qəzza zolağına zərbələr zamanı İsrail Müdafiə Qüvvələri qadağan olunmuş ağ fosfordan istifadə edib. Fələstinin BMT-dəki diplomatik missiyasının rəhbəri İbrahim Kraişi bunda İsraili ittiham edib. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“İsrail Qəzzaya zərbələr endirərkən ağ fosfordan istifadə edib, bu da Human “Rights Watch” təşkilatı tərəfindən aşkar edilib”, – deyə o bildirib.
1980-ci il BMT-nin Bəzi Adi Silahlar haqqında Konvensiyasının III Protokoluna əsasən, ağ fosforlu sursatların mülki obyektlərin və mülki şəxslərin yerləşdiyi yaşayış məntəqələrində istifadəsi qadağandır.
Bundan əvvəl Qəzza Səhiyyə Nazirliyi İsrailin Qəzza zolağını ağ fosfor mərmiləri ilə atəşə tutduğunu bildirib. Bildirilir ki, bu səbəbdən anklavın şərq hissəsində yerləşən uşaq xəstəxanası boşaldılıb.
Havar Şəfiyeva






