Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, İsrail-Fələstin münaqişəsi ilə bağlı tezliklə atəşkəs əldə olunmalı və fələstinlilər üçün müstəqil dövlət qurulmalıdır.
Elchi.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsrailin Fələstinə hücumları ilə bağlı jurnalistlərə açıqlama verib.
Həmas-ın bütün girovları təcili olaraq azad etməli olduğunu qeyd edən Peskov, “Bu, bizim qəti mövqeyimizdir. Təbii ki, Həmas-ı bütün girovların azad edilməsini təmin etməyə çağırırıq” dedi.
Peskov, HƏMAS-ın əlində olan Rusiya vətəndaşlarının azad edilməsi ilə bağlı “münaqişədə iştirak edən bütün tərəflərlə” əlaqə saxlamaq üçün bütün imkanlardan istifadə etdiklərini və bu səylərin davam etdiriləcəyini vurğulayıb.
Şayəstə Hüseynova






