Fələstin prezidenti Mahmud Abbasın gələn həftə Türkiyəyə rəsmi səfər edəcəyi açıqlanıb.
Elchi.az xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, Abbas iyulun 24-də Ankaraya gələcək.
Prezident Abbasın səfəri çərçivəsində iyulun 25-də Rəcəb Tayyib Ərdoğan ilə görüşəcəyi gözlənilir.
Fələstin prezidenti Abbas təmaslarından sonra iyulun 26-da Türkiyəni tərk edəcək.
Abbas Türkiyəyə sonuncu dəfə 2022-ci ilin avqustunda səfər edib və “Türkiyə Fələstin rəhbərliyini və xalqını hər sahədə dəstəkləyir”,- deyib.
Nuranə Məmmədova





