Fələstin Qızıl Aypara Cəmiyyəti İsrailin mühasirədə olan Qəzza zolağına hücumlarında təcili yardımı hədəf aldığını və avtomobilin yararsız hala düşdüyünü açıqlayıb.
Elchi.az xəbər verir ki, Fələstin Qızıl Aypara X sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.
Açıqlamada İsrail döyüş təyyarələrinin səhər saatlarında Qəzza zolağının şimalında təcili yardımı hədəfə aldığı və avtomobilin yararsız hala düşdüyü bildirilib.
Şayəstə Hüseynova






