ABŞ-ın Yaxın Şərqdə İsrail və Fələstin arasında münaqişəni dayandırmağa iradəsi yoxdur. Elchi.az “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstinin baş naziri bildirib.
Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas İsrailə səfəri zamanı ABŞ prezidenti Co Baydenlə telefon danışığından imtina edib.
Məlumata görə, ABŞ Prezident Administrasiyasının rəsmiləri oktyabrın 18-də iki lider arasında telefon danışığı təşkil etməyə çalışsalar da, Fələstin lideri bu tələbi rədd edib.
Havar Şəfiyeva






