Fələstinin baş naziri Mohammed Shtayyeh Kipr və Qəzza zolağı arasında dəniz humanitar dəhlizinin açılmasına çağırıb. Elchi.az xəbər verir ki, bu barədə “Alarabiya” məlumat verir.
“Biz Qəzza zolağına humanitar dəhlizlərin açılmasını tələb edirik və onları təkcə Rəfah keçidi ilə məhdudlaşdırmırıq”, – siyasətçi televiziya ilə çıxışı zamanı deyib.
Bundan əvvəl Fələstin prezidenti Mahmud Abbas Yaxın Şərqdəki münaqişənin siyasi həllinin olmamasına görə ABŞ-ın məsuliyyət daşıdığını bildirib.
Havar Şəfiyeva






