"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fəridlərin ən fərdisi-Eksklüziv

07 Yanvar 2021 - 10:21
in XƏBƏR LENTİ

Ötən ilin sonlarında Rusiyanın Qərbi Sibir əyalətində yaşayan azərbaycanlı bloger  Fərid Bayramovun ermənilərin ona  qarşı məhkəmə prosesini udması xəbərini eşitdik. Ermənilərin Fərid Bayramı məhkəməyə verməyə nəyin səbəb olduğuna gəlincə, ilk ehtimal edilən, bəli, Qarabağ problemi, bizə hədsiz  nifrət. Nə etmişdi Fərid Bayram ki, onu Xususi xidmət orqanlarına şikayət etmiş, haqqında cinayət işi qaldırılması tələbi ilə həm də.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əslində  bizim mətbuata, belə demək ona ayıb olarsa üzr istəyirəm, bir o qədər də geniş  tamaşaçı kütləsinə tanış olmayan  Fərid Bayram kimdir?

Onunla birbaşa (telefonda)  söhbətdən əvvəl özünün tanınmış bloger Roman Tsıpinin kanalında  danışdığı bir epizoddan yola çıxmaq istəyirəm.

Təxminən 6 il bundan əvvəl  Qərbi Sibir əyalətinin kəndlərinin birində 12-14 yaş arasında olan 6-7 nəfər yeniyetmə uşaq gəzərkən azır. Onların  elliklə axtarışına başlanılır. Tayqaya, Sibirin meşələrinə, dağ-daşına bələd olan Fərid Bayram da axtarışa qoşulur. İtən uşaqlardan ikisi erməni olur.  Fərid Bayramın da axtarışa cəlb edildiyini biləndə  uşaqların valideynləri təşvişlə “bu azərbaycanlı bizim uşaqları taparsa, onları  xilas etmək əvəzinə xəsarət yetirəcək”- deyir. İş elə gətirir ki, ilk tapılan uşaqlar məhz o uşaqlar olur və onları da Fərid tapır. Təbii ki, uşaqlar sağ-salamat ailəsinə veriləndə erməni  Fəridə təşəkkür edir, əlini öpmək istəyir. Onun arxasınca danışılan bu söhbətin  şahidi olan ruslar ermənilərə qəzəblənərək “bəs, azərbaycanlı sizin uşaqları erməni olduğu üçün öldürəcək deyirdiniz”- deyə onları rüsvay edirlər.  Fərid Bayram bundan çox mütəəssir olur. “Biz azərbaycanlılar xeyirxah millətik, qadına, qocaya, uşağa qarşı xüsusən həssasıq”-deyib keçir.

“Şimal, soyuq vurğunu olan cənublu Fərid Bayram kimdirlə davam edək”-deyə söhbətə başlayıram.

-Dünaynın ən dinc və  barışsevən peşəsini seçən sakit bir insan. (Xəttin o başında gülür).

-Amma ermənilərin qəzəbləndirə biləcək qədər də sərt-  deyirəm mən də.

Replikama belə cavab verir: O da hərbçilərin xislətindən gələndir, bəlkə. Yenə gülür.

–Ən barışsevən peşə sahibi və  hərbçi?

-Bəli. 1963-cü  ildə o zaman Nuxa adlanan indiki Şəki rayonunun Baltalı kəndində doğulmuşam. Əmimin uşağı olmadığından və mən də ailənin sonbeşiyi olduğum üçün onlara övladlığa verilmişəm. 3 yaşından Bakıya köçmüşük. Orta məktəb və Bakı Kulinariya texnikumundan  sonra Moskvada 2 illik hərbi xidmət keçdim. Hazırda təqaüddə olan hərbçi zabitəm.

– Əslində Sizi  Rusiyadakı azərbaycanlılara dekabrın ortalarında ermənilərin sizə qarşı açdığı məhkəmə işini udmağınız tanıtdırdı. O zamana kimi…

– O zamana kimi də  Youtube-da 6 ildir ki, öz bloqumu aparıram. Əvvələr Qərbi Sibir həyatı, ovçuluqla bağlı çəkilişlər edirdim. Soyuq Sibir həyatını, keçilməz meşələri  tanıdırdım. Bunları hazırlayarkən Youtube-da ermənilərin Azərbaycanı, azərbaycanlıları aşağılayan çoxsaylı kanallar çıxdı qarşıma. Elə deyil axı-deyə qəzəbləndim.   Erməni blogerlərin yalanlarını tarixi fakt və dəlillərlə  ifşa edən çıxışlar etməyə başladım.

-Sizinlə yaxından tanış olmaq üçün kanalınızda o çıxışları izləmək istədim, amma…

-Amma tapmadınız. Ermənilər  haqqımda hüquq mühafizə orqanlarına şikayət edib, məni milli münaqişə yaratmaqda, ekstremizmdə suçladıqları üçün xüsusi xidmət orqanlarından mənimlə söhbət etməyə gələn nümayəndələr   kanalımdan 1500-dən çox videonu sildirdilər.

-Siz də sildiniz.

-Silmək məcburiyytində idim. Onlar  vəziyyəti daha da kəskinləşdiməmək üçün silməmi xahiş etdilər. Çünki erməni diasporunun nümayəndələri bununla kifayətlənməyəcəklərini deyiblər. Haqqımda cinayət işi açılması və ya cərimə olunmağım, ya da azadlıqdan məhrum edilmə cəzası almağımla bağlı məhkəməyə toplu imzalı şikayət göndərmişdilər…

-Məhkəmədə təxminən 17-yə yaxın erməniyə qarşı tək dayandığınızı söyləyirsiniz.

-Əslində tək deyil, bir rus dostumla idim. Onlar mənim çıxışlarımda erməni xalqını təhqir etdiyimi, Rusiyada milli zəmində qarşıdurma yaratdığımı  deyirdilər. Mənsə məhkəmədə Rusiya Federasiyası qanunlarını pozmadığımı, mənsub olduğum xalq haqqında həqiqətləri söylədiyimi subut etdim. Və hətta onlar məndən üzr istəməli oldular. Təhqir və böhtana görə…

-Ermənilərin bu qərəcədə qəzəbinə tuş olacaq nə söyləmişdiniz ki?

-Onlar öz çıxışlarında bizi qorxaq, döyüşməyən, bazardan başqa bir şey bilməyən cahil xalq  kimi qələmə verməsinə qarşı  mən rusdilli auditoriyaya  müraciətlə özümüzün korifeylərimizdən söhbət açırdım.  “Cahil xalq”-dediyiniz azərbaycanlılar bunlardır.  Yaşadığım Tümendə neft yataqlarını kəşf etmiş Fərman Salmanovdan misal çəkir, bizim xalqın alimlərini sadalayırdım. Böyük Vətən müharibəsində vuruşan igidlərimizdən, lap yaxın qohumum “Xarqo” ləqəbli Əhmədiyyə Cəbrayılovdan danışırdım. Yəni keçmişdən də, bu gündən də bildiyim qədər tanıdıqlarımdan da faktlar göstərirdim.

-Bunu edəndə onları təhqirmi etmişdiniz ki?

-Xeyr. Sadəcə mən erməni blogerlərə üz tutub, niyə bizi bir yandan vəhşi, digər yandan qorxaq kimi qələmə verirsiniz deyirdim. Sumqayıt qırğını deyilən bir şey olmadığını-çünki həmin zamanlar o hadisələrin şahidi olduğumu söyləyirdim. Ermənilərin oradan köçməsinə nəinki mən, bir çox azərbaycanlı yardım etmişdi. Onlar hər şeyini götürüb rahatca köçmüşdü. Bizimkilərsə ayaqyalın qovulmuşdu. Kimdir vəhşi və qorxaq?! Ən çox məni qəzəbləndirən, ağrıdan  bu gün də bir neçə nəfəri çıxmaq şərti ilə  Bakı ermənilərinin bunu söyləməməsidir.

-Sizi nə ilə təhdid edirdilər?         

-Mənə vaxtaşırı zəng edir, videolarını sil, yoxsa  sonun pis olacaq deyir, söyürdülər. Hətta biri artıq səninlə ASALA maraqlanır-deyə guya qorxudurdu. Mən də yerim bəlli, telefonum bəlli. Buyurun, deyə onlara cavab verirdim.

– Bu mövzuda nə zamandan yayım etməyə başlamışdınız və bizim –azərbaycanlıların xəbəri vardımı bunlardan?

-İl yarım əvvəl bu tipli videolar yaymağa başladım. Əslində mən siyasət adamı deyiləm. Hobbim ovçuluq, balıq tutmaq. Təbiət adamıyam. Baxmayaraq ki, hərbiçi  olaraq Sovet Ordusu sıralarında  Əfqanıstan, Anqola kimi qaynar nöqtələrdə olmuşam. İdmançı keçmişim də var. Bu müddət ərzində bir nəfər maraqlandı mənimlə. Doğru xatırlayıramsa, Qırğızıstandakı diaspordan. O da  Azərbaycan marağından çıxış etdiyim üçün azərbaycanlıyammı- deyə soruşmuşdu.

-Məhkəməni ilk iclasda uddunuz?

-Xeyr. Əvvəl  mənimlə ermənilərin şikayətinə əsasən söhbət aparıldığını bayaq söylədim. Onlar bununla  razılaşmamışdı. Mən də buna cavab olaraq özüm şikayət etdim.

-Rusiya  məhkəməsini udmaq olarmı? Bütün belə yerlərdə erməni əsillilərin olduğunu da nəzərə alsaq.

-Əslində Azərbaycanın müharibədə qələbəsi mənim məhkəmədəki qərarıma təsir etdi. Biz qalib gəlmişdik. Rusiya Federasiyasının qanunlarını pozmadığım sübut olundu. Mən erməni xalqını təhqir etmədən, xalqımı təhqir edən ermənilərə (blogerlərə) cavab vermişəm. Bu mənim haqqımdır. “Nə ilə ittiham olunacam?”- deyə sordum. Və məhkmə də haqlı olduğumu bildirdi.

-Bununla onların niyyəti  sizin timsalınızda fərqli mövqedə olanları susdurmaqdır.

-Yəqin ki, mənim gözümü qorxutmaqla başqalarına dərs vermək yolunu tutublar.

-İndi mübahisələr bitməsə də müharibə bitib. Hələlik. Sizin üçün  nədir müharibə və münaqişənin həlli üçün mütləq qanmı tökülməlidir?

– Keçmiş hərbçi kimi cavab versəm, müharibə çirkin və üzücü bir şeydir. Bəzən münaqişənin həllinin başqa yolu qalmayanda  müharibə etmək məcburiyyətdir artıq. Baxın, müharibədən ilk zərər görən qadınlar, ahıllar və uşaqlar olur. Onun  ağrısını, yanğısını dinc əhali çəkir. Ona görə müharibə dəhşətdir. Mən çıxışlarımda da deyirəm, birlikdə rahat yaşamaq olar. İnsan insanı sevməlidir. Biri digərinin haqqına girməməlidir. Biri digərinin hüququnu tapdalamamalıdır. Lakin bizim qonşular bunu başa düşmür, öz bildiklərini oxuyur və bizim haqqımızda da yanlış fikir  yaradırlar.

-Bəs biz? Sizcə  bu sahədə nə qədər aktivik?

-Biz bu sahədə heç aktiv deyilik. Və deyərdim onlardan qat-qat geridəyik. Çünki hələ yaşadığımız başqa ölkələrdə diaspor olaraq  yoxuq. Ya da varlığımız bilinmir.  Onlarınsa bu sahədə diasporu güclüdür.

–Yenə də tək olsaq da haqlı tərəf biz olduğumuz üçün  böyük və kiçik müstəvilərdə yenirik. Çox sağ olun, vətəndaş mövqeyinizə görə. Azərbaycanlı olduğunuzu unutmadığınız üçün!

Tünzalə Vəliqızı, Moskva

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Tofiq Əbdülhəsənli – 65

Next Post

Şeyx həzrətlərindən Qaregin(lər)ə “vətənpərvərlik şilləsi”: Azərbaycanda dini tolerantlığın nəbzi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Şeyx həzrətlərindən Qaregin(lər)ə “vətənpərvərlik şilləsi”: Azərbaycanda dini tolerantlığın nəbzi

Şeyx həzrətlərindən Qaregin(lər)ə "vətənpərvərlik şilləsi": Azərbaycanda dini tolerantlığın nəbzi

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

“Gələcəkdə Ermənistanın revanş cəhdləri ola bilər”Siyasət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.