"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Fərqli dünyaların toqquşması

08 Yanvar 2015 - 13:43
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

img1532947Bu cür hadisələr baş verəndə çox az adam Semyuel Hantinqtonu xatırlayır.
Hantinqton nə islamofob siyasətçi, nə də radikal dinçi-terrorçu deyil, filosofdur, onu məhz buna görə yada salan yoxdur.
Hamının dilində-ağzında səs-küylü terror aktını törədənlər, cinayətin arxasında duranlar, qurbanlar, terakta görə xal yığmağa, köhnə planını həyata keçirməyə çalışanlardır.
Çoxları bilə-bilə at izini at izinə qarışdırır. Yüzdəyüz ortada olan gerçəyi danmağa, “bu teraktın arxasında filan dövlət (ABŞ, İsrail, Rusiya, ərəb ölkələri, İngiltərə və s.) durur” deyə duru suyu bulandırmağa çalışanlar da çox olur.
Təhlükəsizlik xidmətləri, kəşfiyyat servisləri yüz cür hesabatlar yayır, detallar açıqlayırlar. Terakta görə məsuliyyəti yalandan öz üzərinə götürənlər, bu amansız cinayətə haqq qazandıranlar da nə qədər desəniz.
Bir çoxları günahı müasir inkişafdan geri qalan islam dünyasında, bəziləri kapitalizm dünyasının eybəcərlik və haqsızlığında, bir qismi imperialist qüvvələrin məkrli siyasətində axtarır və hamı da öz həqiqətini tapır. Hər iddiaçı öz düşməninə barmaq tuşlayır.
Əsl həqiqəti isə 25 il öncə Semyuel Hantinqton yazıb.
Yaxın Şərqdə gedən müharibə, saysız-hesabsız terror aktları sivilizasiyaların toqquşması hadisəsidir.
Görkəmli filosof uzun illər öncə islam dünyası ilə xristian aləmi arasında böyük konfliktlərin yaranacağını proqnozlaşdıranda bu müstəvidə hələ gərginlik yox idi, terror aktlarını əsasən kapitalist və sosialist düşərgələrini idarə edən ideologiyalara tapınan terror qrupları, ayrı-ayrı ölkələrdə dövlət çevrilişi təşkil etmək istəyən qüvvələr, separatçılar həyata keçirirdi.
Hər şey Hantinqtonun yazdığı paraqraflar üzrə getdi və gəlib bugünkü şəklə düşdü.
Bu iki dünya arasında müdhiş uçurum var. Təzad çox böyükdür. Dövləti idarə etməkdən məhrum edilmiş, cəmiyyətə basqı imkanı sıfır həddinə salınmış xristianlıq kilsəyə sıxışdırıldığı halda, məscid və camelərdən çıxıb dövləti və cəmiyyəti tam itaəti altına almaq istəyən islami birliklər var.
Bu ekstremist birləşmələrin qurmaq istədiyi dövlət modeli 1500-2000 il əvvəllərin dövlət modellərindən seçilmir. Onların bərqərar etmək istədiyi ictimai formasiya sistemi isə quldarlıq quruluşudur. İnsan haqlarına, qadın azadlıqlarına münasibət də fərqli deyil, o zamankı kimidir.
Demokratiyanın inkişaf mərhələsinin indiki həddində yaşayan və hələ bunu da yetərli hesab etməyən Qərb dünyası isə bu kriteriyalarla yaşamaq istəmir və bunu bəşəriyyətin gələcəyi üçün təhlükə sayır.
Daş dövründə yaşanılan şəraitdə, musiqisiz, televizorsuz, internetsiz yaşayış tərzini Əfqanıstanda bərqərar etmiş Taliban və hazırda da eyni situasiyanı Suriya və İraqda yaratmış olan İŞİD, “əl-Qaidə” kimi birləşmələrlə xristian sivilizasiyası bu üzdən toqquşurlar.
Ən maraqlısı odur ki, öz ölkələrində despotizmin, teokratik rejimlərin basqısından qaçıb İsveç, Hollandiya, Fransa, Norveç, Danimarka, Almaniya kimi yüksək rifahlı azad ölkələrə sığınan milyonlarla müsəlman içində olduqları cəmiyyətə inteqrasiya olunmaqdansa, qaynayıb qarışmaqdansa, kompakt yaşayaraq öz məhəllələrini, öz məktəblərini, öz icmalarını, öz dünyalarını yaradırlar, zaman keçdikcə sığındıqları ölkəyə öz qanunlarını diktə etməyə, hər sahədə muxtar hüquqlar qazanmağa çalışırlar.
Hazırda İsveçdə məscidlərin ard-arda yandırılması, müsəlman icmalarının sıxışdırılması, xor görülməsi də sivilizasiyaların toqquşması hadisəsidir.
11 sentyabr teraktı da o xanədən idi, Londonda metro partlayışları da, İspaniyada avtobusun partladılması da, Parisdə satirik jurnalın redaksiyasında qətliam törədilməsi də.
İndi konspirativ məzmunlu açıqlamalar çoxalacaq, bu hadisəni Qərb dünyasının islamı sıxışdırmaq üçün həyata keçirdiyini deyəcəklər. Əfsanə söhbətdir. Elə olsaydı, milyonlarla müsəlman Avropaya, Amerikaya ümumiyyətlə buraxılmazdı.
Müsəlman ölkələrindəki vəziyyətə baxmaq lazımdır. Pakistanda, Əfqanıstanda məscidləri başqa dinin, mədəniyyətin mənsubları partlatmır. İranda qadınların daş-qalaq edilməsi də, Hindistanda borclu müsəlmanın ailə-uşağının kütləvi şəkildə zorlanması da, Suriyada, İraqda məsum insanların başının kütləvi şəkildə kəsilərək edam edilməsi başqalarını işi deyil. Siyahını iki bu yazının yeri qədər uzatmaq olar.
Bu iki sivilizasiya artıq dinc, yanaşı, iç-içə yaşaya bilmir. Kəsəsi, dini müstəvidə elan olunmamış müharibə gedir. Fransalı jurnalistlər bu müharibənin növbəti qurbanlarıdır.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıdakı tikinti sahəsindən şok görüntü… – (Video)

Next Post

Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyada müsəlmanlar üçün telefonlar satışa çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsi Fransada baş verən terroru pislədi - BƏYANAT

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.