Ankarada “paralel dövlət” əməliyyatı keçirilib.
Virtualaz.org saytı xəbər verir ki, əməliyyatlar zamanı haqqında həbs qərarı çıxarılan 54 nəfərdən 35-i saxlanılıb.
Ankaradan başqa Bolu, Düzcə, Konya, Hakkari ve Diyarbəkir şəhərlərində də əməliyyatlar keçirilib. Əməliyyatlar səhər saatlarından etibarən davam etdirilir.
Xatırladaq ki, dünən Türkiyə hökuməti Fətullah Gülən haqda da həbs qərarı çəıxarmışdı. F.Gülən və camaatın digər üzvləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun da aralarında olduğu 101 hökumət adamının telefon danışıqlarını dinləməkdə ittiham olunurlar.



