"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Faciə ilə bağlı iclas keçirildi – Nazirlər hesabat verdilər

07 Dekabr 2015 - 21:16
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının iclası olub.

Iclas Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin sədrliyi ilə keçirilib.

SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş prokuror Zakir Qaralov 4-7 dekabr tarixlərində itkin düşənlərin axtarışı və xilasetmə, hadisənin baş verməsi səbəblərinin və şəraitinin araşdırılması istiqamətləri üzrə aparılmış tədbirlər haqqında hesabat veriblər.

Bildirilib ki, hadisə baş verdikdən dərhal sonra bütün zəruri tədbirlər operativ surətdə görülüb, lakin hava şəraitinin görünməmiş dərəcədə ağır olması partlayış və alovun ani olaraq bütün platformanı bürüməsinə səbəb olub. Buna baxmayaraq, özülün rəhbərliyi və işçi heyəti fədəkarlıq göstəmiş, təhlükəsizlik texnikası qaydalarının tələblərinə uyğun, təxliyə planına müvafiq hərəkət ediblər. Ötən müddət ərzində hadisə zamanı özüldə olan 33 şəxs təxliyyə edilib, lazımi tibbi müayinədən keçirilib, ambulator və stasionar müalicəyə cəlb edilib, 7 nəfərin cəsədi dənizdən çıxarılaraq sahilə gətirilib və ailələrinə təhvil verilib.
Hazırda itkin düşən 23 şəxsin axtarışı və yanan quyuların söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

FHN-nin, DSX-nin, Xəzər Dəniz Gəmiçiliyinin, “AZAL”ın gəmi və helikopterləri, SOCAR-ın mütəxəssisləri və lazımi sayda şəxsi heyət bu işlərə cəlb olunub. İclasda qarşıda duran təxirəsalınmaz məsələlər, habelə qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardımların göstərilməsi, xəsarət alanların müalicəsinin təmin edilməsi, hadisə rayonunda ekoloji vəziyyətin monitorinqinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun, səhiyyə naziri Oqtay Şirəliyevin, daxili işlər naziri Ramil Usubovun, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəisi Rauf Vəliyevin təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.
Dövlət Komissiyasının sədri, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iclasa yekun vuraraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında” 5 dekabr 2015-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası və qəzanın fəsadlarının aradan qaldırılması ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Poroşenko ilə arvadımdan çox əlaqə saxlayıram`

Next Post

Rusiya geri addım atdı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiya geri addım atdı

“Günəşli” qəzasi - mütəxəssis rəyi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.