Müsavat Partiyasının başqanı Arif Hacılı 1991-ci ildə avtoqəzaya düşmüş tanınmış istiqlalçı millət vəkilləri, görkəmli Azərbaycan ziyalıları ilə bağlı status və bir foto paylaşıb.Həmin fotoda faciəvi şəkildə həlak olmuş mərhum ziyalıların xatirəsinə ucaldılmış abidənin dağılmaqda olduğu əks olunub.
Arif Hacılının sözügedən statusunu diqqətinizə çatdırırıq: “1991-ci ilin aprelində Qax şəhəri yaxınlığında müəmmalı bir qəzada həlak olmuş istiqlalçı millət vəkilləri, Azərbaycanın görkəmli ziyalıları Aydın Məmmədovun və Dilarə Əliyevanın həlak olduqları yerdə o zaman inşa edilmiş xatirə abidəsinin bu günki durumu…
Bu da indiki iqtidarın istiqlala və istiqlalçılara münasibətinin bir göstəricisidir. Bu rüsvayçılığa susmamalıyıq”.

67 DƏFƏ OXUNUB



