Azərbaycanı və “Qəbələ” idman klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov ukraynalı boksçu Valentin Kutsa qarşı keçirəcəyi döyüşdən öncə fikirlərini bildirib.Qol.Az-ın məlumatına görə, təcrübəli idmançı Sportpress.az saytına verdiyi açıqlamada deyib:
“Çox çətin döyüş olacaq. Amma buna baxmayaraq, risk edəcəyəm. Geriyə yol yoxdur, vuruşmaq lazımdır. Görüş sabahdır. Ukraynada ukraynalı idmançı ilə vuruşmaq asan deyil. Amma mən qələbə qazanmaq üçün əlimdən gələni edəcəyəm”.



