Elchi.az xəbər verir ki, İspan və fransız alimləri son vaxtlar məşhur olan “aralıq oruc” pəhriz növü ilə bağlı çox mühüm araşdırmalar aparıblar. Sağlamlığınız təhlükə altında ola bilər.
Mütəxəssislər 09:00-dan sonra səhər yeməyinin diabet riskini artırdığını, 22:00-dan sonra yemək isə şəkər xəstəliyinə tutulma riskini artırdığını ortaya qoyub.
Mütəxəssislər, səhər yeməyini gec yeyənlərin 2-ci tip diabet riskinin daha yüksək olduğunu ifadə edərkən, bunun uzunmüddətli sağlamlıq problemlərinə səbəb olduğunu izah ediblər.

Alimlər səhər saat 08:00-dan əvvəl səhər yeməyi yeyənlərin diabet riskinin daha az olduğunu, 2-ci tip diabetə tutulma riskinin isə 59 faiz azaldığını açıqlayıb.
Araşdırma qrupunun üzvü Dr. Anna Palomar Cros deyir: “Biz yemək vaxtlarının sirkadiyalı ritm, qlükoza və lipidlərə nəzarət üçün vacib olduğunu bilirik”. Bununla belə, qidalanma saatları ilə 2-ci tip diabet arasında əlaqəni aşkar etmək üçün heç bir araşdırma aparılmamışdır.

Yüzdə 79-u qadın olan 100 min yetkin insanın məlumatlarını təhlil edən Dr. “Bioloji baxımdan bu nəticələr çox məna kəsb edir. Çünki səhər yeməyini atlamaq qlükoza və lipid nəzarətinə və insulin səviyyələrinə təsir edir.
Şayəstə Hüseynova





