Türkiyə yığmasını uğursuzluq zolağından çıxara bilməyən Fatih Terim yeni çıxış yolu tapıb. Fanat.az
Türkiyə mətbuatına istinadən xəbər verir ki, “İmperator” milli komandaya bir neçə əcnəbi futbolçu cəlb etmək qərarına gəlib.
Artıq Terimin milliləşdirilməsini istədiyi 4 futbolçu da bəllidi. Tütrkiyə mətbuatının məlumatına görə, baş məşqçi “Kasımpaşa”dan Ryan Donku (Hollandiya, müdafiəçi), “Qaziantepspor”dan Çiçonu (Braziliya, mərkəz müdafiəçisi), “Eskişəhərspor”dan Dieqo Angelonu (Braziliya, müdafiəçi) və “Bursaspor”dan Fernandaonu (Braziliya, hücumçu) yığmada görmək istəyir.



