Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.
Elchi.az xəbər verir ki, bu barədə Report-a ailəsindən məlumat verilib.
Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edib.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.
Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.
Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.
Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...




